. Love.az

Govherxan Sultan Sultan Ibrahimin Qizi - Wikipedia - Love.az

Ana Səhifə - Govherxan Sultan Sultan Ibrahimin Qizi

Gövhərxan Sultan (d. 1642, İstanbul - ö. 27 oktyabr 1694, Ədirnə) - Osmanlı padşahı İbrahimın qızı. Hələ dörd yaşında 23 noyabr 1646'da Çavuşzadə Mehmed Paşa ilə evləndi. Ərinin müxtəlif yerlərdə hakim təyin edilməsi səbəbilə ömrünün bu illərində dayanmadan köç etmişdir. Bu evlilik Paşanın 1681 tarixindəki ölümünə qədər davam etdi. 1692 tarixində dönəmin kaptan-ı dəryası Halvaçı Yusif Paşa'yla evləndi. 27 oktyabr 1694 tarixində ögey qardaşı II Əhmədin səltənət illərində Ədirnədə vəfat etdi. Məzarı Şahzadə külliyəsindəki türbəsində yerləşir.[1]

Gövhərxan Sultan
جوهر السلطان
Şəxsi məlumatlar
Doğum tarixi 1642
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 27 oktyabr 1694
Vəfat yeri
  • Ədirnə, Osmanlı imperiyası
Dəfn yeri
  • Şahzadə məscidi
Atası Sultan İbrahim
Anası Turxan Xədicə Sultan
Həyat yoldaşları Çavuşzadə Mehmed Paşa
Halvaçı Yusif Paşa
Ailəsi Osmanlı xanədanı

Mənbə

redaktə
  1. ↑ Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gövhərxan_Sultan_(Sultan_İbrahimin_qızı)&oldid=7013739"
LOVE.AZ