Günter Litfin (19 yanvar 1937, Berlin – 24 avqust 1961, Berlin Şpandau kruiz kanalı[d]) — alman dərzi idi və o, Berlin divarından qaçmağa çalışarkən ölən ikinci şəxs idi. Litfin Şərqi Almaniya sərhəd qoşunları tərəfindən atəş açılaraq öldürlən ilk şəxs həmçinin ilk kişi idi.
Günter Litfin | |
---|---|
Günter Litfin | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri |
Berlin Almaniya |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Berlin Şpandau kruiz kanalı, Qərbi Almaniya |
Vəfat səbəbi | Şərqi Almaniyanı tərk edərkən sərhəd nəzarətçilərinin açdığı atəş |
Dəfn yeri |
|
Milliyyəti | alman |
Fəaliyyəti | dərzi |
![]() |
Günter Litfin 1937-ci il 19 yanvar tarixində Üçüncü Reyxin paytaxtı Berlin şəhərində doğulmuş və əkiz qardaşı olan Alois İkinci dünya müharibəsi dövründə həkim tərəfindən öldürülmüşdür.[2] Litfin Şərqi Almaniyada şərqi Berlinin Vaysenze adlı qəsəbəsində yaşayırdı və atası Albert kimi Xristian Demokrat İttifaqı (Almaniya) partiyasının qeyri-qanuni şöbəsinin üzvü idi. Peşəsi dərzi olan Litfin Qərbi Almaniyada Berlin zooparkı yaxınlığında sərhəd-keçid məntəqəsiylə müntəzəm gedib gəlirdi. 1961-ci il avqustun 13-də şərqi və qərbi Berlin sərhədi Şərqi Almaniya tərəfindən anidən qapadıldı. Sərhədin qapadılmasından qısa müddət əvvəl Litfin avqustun 12-də Qərbi Almaniyada iş yerinin yaxınlığında Şarlottenburq adlı yerdə bir mənzil tapdı. Öncəki gün isə o, qardaşı Yürgen ilə birgə onun yeni mənzilində mebelləri yerləşdirmək üçün oraya getmişdilər. Litfinin məqsədi növbəti gün səhər Şərqi Almaniyadan qaçmaq idi. Belə ki, artıq yollar qapadılmış və Berlinin ilk tikanlı məftilli hasarları quraşdırılmışdı.
Avqustun 24-də təqribən 16:00 radələrində Litfin qanunsuz olaraq Humboldhafendən üzərək Qərbi Almaniya sahilinə çıxmaq istədi.[3][4] Lakin dəmiryolu körpüsü özündə sərhədi təşkil edirdi və Litfin Şərqi Almaniya tranzit polisi tərəfindən aşkar edilərək dərhal geri qayıtmağı əmr edildi. Litfin Qərbi Almaniya sularına giriş üçün əllərini yuxarı qaldırdı və bu zaman ona atəş açılaraq qətlə yetirildi.[3][4]
Litfin 1961-ci il avqustun 31-də Vaysenzedə Hedviq məzarlığında dəfn edildi. Dəfnetmə mərasimində Ştasi əməkdaşlarının iştirak etməsi onun əsl qətl səbəbinin açılmağına maneə törətdi. Qardaşı Yürgenə görə dəfnetmə mərasimi çox ədalətsiz formada təşkil edilmişdi və orada iştirak edən hər kəs qardaşının qəza nəticəsində deyil Şərqi Almaniyanı tərk etmə cəhdinə görə qətlə yetirildiyini bilirdi.
Günter Litfinin xatirəsi şərəfinə həmçinin Berlin divarının digər qurbanları xatirəsinə 1992-ci ildə xatirə abidəsi qoyulmuşdur. Xüsusilə bunda Yürgen Litfinin (Günter Litfinin kiçik qardaşı) təşviq edici rolu olmuşdur. Bu əvvəlki nəzarət məntəqəsi olmuş və Berlin Şpandau kruiz kanalı sahilində yerləşən "Kieler Ek" yaxınlığında yerləşir.[5] Əlavə olaraq 2000-ci ilin avqustun 24-də Vaysenze qəsəbəsində yerləşən və əvvəllər Ştrasse 209 adlanan küçənin adı dəyişdirilərək Günter Litfin Ştrasse adlandırılmışdı.[6] Bundan başqa onun evinin yerləşdiyi küçədə onun adına adlandırıldı. Reyxstaq binası yaxınlığında olan Ağ xaçlar xatirə abidələrindən biri onun adına adlandırılmışdır.[3][4]
Berlin divarının yıxılmasından sonra Şərqi və Qərbi Almaniyanın birləşməsi fonunda Berlin Regional Məhkəməsi Litfinin öldürülməsində təqsirkar bilinən sərhəd nəzarətçisini 18 ay müddətinə azadlıqdan məhrum etmişdir.[3]