. Love.az

Galium Odoratum - Wikipedia - Love.az

Ana Səhifə - Galium Odoratum

Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.

Ətirli qatıqotu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Lamidlər
Dəstə:
Acıçiçəklilər
Fəsilə:
Boyaqotukimilər
Yarımfəsilə:
Rubioideae
Triba:
Rubieae
Cins:
Qatıqotu
Növ:
Ətirli qatıqotu
Beynəlxalq elmi adı
  • Galium odoratum Scop., 1771
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  502715
NCBI  35899
EOL  1107990

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Azərbaycanda yayılması
  • 4 Yaşayış mühiti
  • 5 Sinonimləri
    • 5.1 Homotipik sinonimləri
    • 5.2 Heterotipik sinonimləri
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Arealı

redaktə

Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir.

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan bir az uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

redaktə

Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti

redaktə

Yarpaqlı meşələrdə, əsasən palıd və fıstıq meşələrində, rütubətli torpaqda kölgədə rast gəlinir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Asperula odora Salisb.
  • Asperula odorata L.
  • Chlorostemma odoratum (L.) Fourr.
  • Galium matrisylva F.H.Wigg.

Heterotipik sinonimləri

redaktə
  • Asperula eugeniae K.Richt.
  • Asperula matrisylva Gilib.
  • Asperula odorata var. trifida Sennen
  • Asterophyllum asperula K.F.Schimp. & Spenn.
  • Asterophyllum sylvaticum K.F.Schimp. & Spenn.
  • Galium odoratum var. eugeniae (K.Richt.) Ehrend.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ətirli_qatıqotu&oldid=8009944"
LOVE.AZ