. Love.az

Gamestm - Wikipedia - Love.az

Ana Səhifə - Gamestm

"GamesTM" ("games TM" kimi üslublaşdırılmışdır) — Birləşmiş Krallıq çoxformatlı videooyun jurnalı. Jurnalın məzmun konsol, portativ, kompüter və arkada oyunlarını əhatə edirdi. "GamesTM"in birinci nömrəsi 2002-ci ilin dekabrında işıq üzü görmüş və jurnal 1 noyabr 2018-ci il tarixində fəaliyyətini dayandırmışdır.

GamesTM
Loqonun şəkli
Təsis tarixi 2002
Ölkə
  •  İngiltərə
  •  Birləşmiş Krallıq[1]
Dil ingilis dili[1], alman dili
ISSN 1478-5889
gamesradar.com/author/ga…

Hekayə

redaktə

2006-cı ilin yanvarında jurnalın naşiri "Highbury Entertainment" 27 milyon funt sterlinq borcla idarəyə getdikdən sonra jurnalın gələcəyi qeyri-müəyyən olmuşdur. Jurnalın 40-cı sayı heç bir nüsxə satmamış, 41-ci nömrə 26 yanvar 2006-cı ildə çıxmalı olsa da, mağazalarda görünməmişdir. Jurnalın internet saytı bağlanmış, lakin bir neçə gün sonra yenidən istifadəyə verilmişdir.

20 yanvar 2006-cı ildə "Imagine Publishing" 23 digər "Highbury" nəşro ilə birlikdə "GamesTM "i satın aldığını açıqlamışdır.[2][3]

2010-cu ilin sentyabr ayında "GamesTM" jurnalın bütün zamanların ən yaxşı 100 oyunundan birini təmsil edən, hər biri 400-dən çox olmayan 100 müxtəlif üz qabığını buraxaraq 100-cü buraxılışını qeyd etmişdir[4]

"GamesTM" 2016-cı ildə "Imagine Publishing" portfeli ilə birlikdə "Future Publishing" tərəfindən satın alınmışdır. "Future" jurnalının "artıq gəlirli olmadığını" bildirmiş, onun fəaliyyətinin dayandırılacağını açıqlamışdır. Jurnalın axırıncı nömrəsi 2018-ci ilin noyabrında nəşr olunmuşdur.[5]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1478-5889
  2. ↑ "Imagine acquires 24 Highbury titles" (PDF). Imagine Publishing. 14 April 2008 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 24 May 2006.
  3. ↑ Daniel Farey-Jones. "Highbury magazines picked off after company's collapse". Media Bulletin. Haymarket. 24 January 2006. 4 March 2006 tarixində orijinalından arxivləşdirilib.
  4. ↑ "GamesTM Issue 100 celebrates with 100 different covers". 25 August 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 August 2010.
  5. ↑ Dring, Christopher. "UK magazines GamesTM and GamesMaster to close". gamesindustry.biz. 19 October 2018. 20 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2019.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=GamesTM&oldid=7250871"
LOVE.AZ