. Love.az

Gerhard Hersberq - Wikipedia - Love.az

Ana Səhifə - Gerhard Hersberq

Gerhard Hersberq (25 dekabr 1904[2][3][…], Hamburq[4] – 3 mart 1999[2][3][…], Ottava[5]) — Kimya üzrə Nobel mükafatçısı (1971).

Gerhard Hersberq
alm. Gerhard Herzberg‎
Doğum tarixi 25 dekabr 1904(1904-12-25)[2][3][…]
Doğum yeri
  • Hamburq, Almaniya imperiyası[4]
Vəfat tarixi 3 mart 1999(1999-03-03)[2][3][…] (94 yaşında)
Vəfat yeri
  • Ottava, Ontario, Kanada[5]
Elm sahələri fiziki kimya[1], fizika[1], kimya[1]
İş yerləri
  • Darmştadt Texniki Universiteti,
  • Kornell Universiteti,
  • Çikaqo Universiteti,
  • Bristol Universiteti,
  • Göttingen Universiteti,
  • Yerkes rəsədxanası[d]
Təhsili
  • Göttingen Universiteti,
  • Darmştadt Texniki Universiteti
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1951–),
  • İsveç Kral Elmlər Akademiyası,
  • Kanada Kral Cəmiyyəti[d],
  • Papa Elmlər Akademiyası[6],
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Macarıstan Elmlər Akademiyası,
  • ABŞ Milli Elmlər Akademiyası (1968–)
Mükafatları "Kanada" ordeninin üzvü
Kimya üzrə "Nobel" mükafatı (İsveç) — 1971
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

O, 1904-cü ilin dekabrın 25-də Hamburqda anadan olmuşdur. Atasını erkən itirən Herxard anası tərəfindən tərbiyə olunmuşdur. Ailəni saxlamaq üçün anası süpürgəçi işləmişdir. Hersberq Darmştadt texnoloji institutunda, Qettingen və Bristol universitetlərində oxumuşdur. 1930-cu ildən Darmştadt texnoloji institutunda dərs demişdir. Həyat yoldaşı yəhudi olduğundan 1935-ci ildə Almaniyanı tərk edərək Kanadaya köçmüşdür. 1935-1945-ci illərdə Saskaçevan universitetində işləmiş, 1945-ci ildən Çikaqo universitetinin professoru olmüşdur. 1949-cu ildən Kanadanın Milli elmi tədqiqat şurasının nəzəri fizika bölməsinin rəhbəri olmuşdur. 1956-cı ildə Kanada fiziklər assosiasiyasının prezidenti olmuşdur. 1957-ci ildən 1963-cü ilə qədər beynəlxalq nəzəri və tətbiqi fizika ittifaqının vitse-prezidenti olmuşdur.

Əsas elmi işləri atom və molekulyar spektroskopiyaya aiddir. Spektroskopiya sahəsində dünyada məşhur olan monoqrafiyaların və jurnal məqalələrinin müəllifidir. Monoqrafiyaları:

  • Atom spektrləri və atomların quruluşu. M. 1948
  • İkiatomlu molekulların spektrləri və quruluşları. M. 1949.
  • Çoxatomlu molekulların titrəyişli və fırlanan spektrləri. M. 1949.
  • Çoxatomlu molekulların elektron spektrləri və quruluşları. M. 1969.

Herxard Hersberq 1971-ci ildə “Elektronların spekturunun və molekulların xüsusi sərbəst radikalların geometriyasının tədqiqinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Herxard Hersberq 1999-cu ilin martın 3-də Ottavada vəfat etmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. ↑ 1 2 3 4 Gerhard Herzberg // Encyclopædia Britannica (ing.).
  4. ↑ 1 2 Херцберг Герхард // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #122472969 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. ↑ www.pas.va (ing.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gerhard_Hersberq&oldid=8001635"
LOVE.AZ