Girls with guns (hərfi mənada "silahlı qızlar") — xüsusilə Honq Konq döyüş və animasiya filmlərində istifadə olunan alt janr. Bu janrlarda olan filmlərdə həm baş qəhrəman, həm də köməkçi obraz qadınlardır.[1]
Bu janrın qərb tamaşaçıları tərəfindən ən yaxşı tanınan aktyorlarına Ancela Mao Ying, Çenq Pey-pey, Mun Li, Mişel Yeo, Zanq Ziyi və Sintiya Rotrok daxildir.
Bu janrda çəkilmiş birinci film Çenq Pey-peynin baş rolda iştirak etdiyi 1966-cı ildə çəkilmiş "Mənimlə içki iç" filmi hesab olunur.
Həmçinin də animasiya sektorunda rejissor Koiçi Maşimo tərəfindən çəkilmiş trilogiya hesab olunan Noir, El Cazador de la Bruja və Madlax bu janra nümunə olaraq göstərilə bilər.