God of War (azərb. "Müharibə Tanrısı") — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən 2005-ci ildə yaradılan videooyunu. Yunan mifologiyasına söykənən və aksiya-macəra növündə olan oyun, God of War oyun seriyasından ilk oyundur.
God of War | |
---|---|
![]() | |
![]() PS2 versiyasının üz qabığı | |
Hazırlayan | SIE Santa Monica Studio |
Yayımlayan | Sony Computer Entertainment |
Seriya | God of War |
Buraxılış tarixi |
PlayStation 2 ![]() ![]() ![]() PlayStation 3 God of War Collection ![]() ![]() ![]() ![]() God of War Saga ![]() PlayStation Vita ![]() ![]() ![]() PlayStation 4 ![]() ![]() ![]() ![]() |
Janrlar |
Aksiya-macəra Hack and slash |
Yaş reytinqləri |
BBFC — 18 CERO — ![]() ESRB — ![]() OFLCA — MA15 PEGI — ![]() |
Dizaynerlər | Deyvid Yaffe |
Ssenaristlər |
Marianne Kravçik Aleksandr Steyn Deyvid Yaffe Kiif Fey |
Rəssamlar |
Çarli Ven Terri Smit Stiv "Skət" Katerson |
Bəstəkarlar |
Jerar Marino Mayk Reyqan Ron Fiş Uinifred Fillips Uinni Valdron Kris Valesko Marsello De Fransissi |
Texniki məlumat | |
Platformalar |
Playstation 2 PlayStation 3[qeyd 1] PlayStation Vita [qeyd 2] |
Mühərriklər | Kinetica[qeyd 3] Bluepoint Engine[qeyd 4] |
Oyun rejimi | birnəfərli oyun[1] |
İnterfeysin dili | ingilis dili |
Daşıyıcılar |
CD Blu-ray [qeyd 5] |
İdarəetmə | Qeympəd |
Rəsmi saytı | |
![]() |
Tənqidçilərdən və oyunçulardan olduqca müsbət rəylər alan oyun, Academy of Interactive Arts & Sciences tərəfindən verilən "İlin Oyunu" daxil bir çox mükafat qazanmışdır. God of War, IGN-nin 2007-ci ildə hazırladığı ən yaxşı 25 PlayStation 2 oyunları siyahısında 7-ci yeri tutmuşdur[2]. God of War III-ün satışa buraxılmasından qısa bir müddət əvvəl God of War, PlayStation 3 üçün 2009-cu ilin noyabr ayının 17-də, Şimali Amerikada, yenilənmiş qrafikaları ilə God of War Collection adı altında satışa çıxarılmışdır[3]. 2010-cu ilin mart ayının 18-də Avropa, Avstraliya və Yaponiyada, God of War III: Ultimate Trilogy Edition adı ilə yenidən nümayiş olunmuşdur. God of War Collection və God of War III: Ultimate Trilogy Edition 2010-cu ilin aprel ayının 29-da Avstraliyada, 2010-cu ilin aprel ayının 30-da isə Böyük Britaniyada satışa çıxarılmışdır[4]. God of War Collection-un Birləşmiş Krallıqdan başqa, digər Avropa ölkələrində satışa çıxarılacağı haqda hər hansı bir məlumat verilməmişdir.[5]
Üçüncü-şəxsdə oyun dünyasına sabit kamera perspektivindən baxılır. Oyunçu, kombi əsaslı döyüş, platforminq və tapmaca elementləri ilə Kratos personajını idarə edir. Düşmənlər kökləri yunan mifologiyasına söykənən qulyabani əsgərlər, harpiyalar, minotavrlar, Meduza və qorqonaları, sikloplar, kabus məxluqları, dəniz pəriləri, satirlər, kentavrlar, kerberlar, əjdahalar və Pandora's Guardian (azərb. Pandoranın Gözətçisi) adlı bir minotavr kimi məxluqlardan ibarətdir[6]. Platforma elementləri nərdivan və divarlara dırmaşmaq, uçurumlardan tullanmaq, kəndirlərdən sallanmaq, oyunun hissələrində irəliləmək və dirəklərin üzərindən keçmək üçün tarazlığı saxlamaqdan ibarətdir. Oyunçunun adi tullanmaqla çata bilmədiyi yerlərə getmək üçün böyük qutuları endirmək kimi bəzi tapmacalar sadədir, bir qapını açmaq üçün oyunun fərqli-fərqli hissələrindən açarları tapmaq kimi tapmacalar isə mürəkkəbdir.[7]
Oyunçu, oyun dünyasında yaşıl, göy və qırmızı rəngli sandıqlardan eynirəngli kürələr tapa bilərlər. Yaşıl rəngli kürələr oyunçunun sağlamlıq sayğacını doldurur, göy rəngli kürələr sehr sayğacını doldurur, qırmızı kürələr isə silahları və sehrləri təkmilləşdirmək üçün təcrübə balları verir. Bu ballar, oyunçuya yeni və daha güclü həmlələr etməyə imkan verir. Oyunda Rage meter (azərb. Qəzəb sayğacı)-da var. Bu sayğac yalnız qırmızı kürələr vasitəsiylə dolur. Dolanda, Rage of the Gods (azərb. Tanrıların Qəzəbi) qabiliyyətinin istifadə edilməsinə icazə verilir. Qırmızı rəngli kürələr düşmənləri öldürməklə və bəzi əşyaları qırmaqla da əldə edilir. Oyunçular rəngsiz sandıqlarda Qorqona Gözləri və Simurq Lələkləri adlı əşyaları da tapa bilərlər. Gözlər və Lələklər müvafiq olaraq Sağlamlıq və Sehr sayğaclarının həcmlərini artıra bilərlər. Gözlərin və ya Lələklərin 18-də tapanda, sağlamlıq və sehr sayğaclarının həcmlərini maksimallaşdırır.[8]
Sparta ordusunun komandiri olan Kratos, döyüşü uduzur. Ölmək üzrə olarkən müharibə tanrısı olan Ares ilə etdiyi razılığa görə Ares, Kratosun düşmənlərini məhv edəcək, Kratos isə Aresin xidmətinə girəcəkdi. Lakin Ares, Kratosu aldadır və Kratosun ailəsini (həyat yoldaşını və qızını) öldürməsinə səbəb olur. Buna görə Kratos, Aresə xidmət etməkdən imtina edir. Bu hadisədən sonra Kratos, kabuslarından xilas olacağı vədləri ilə Olimp tanrılarına 10 il xidmət edir. Ares bacısı olan Afinanın şəhərinə müharibə elan edir. Afinanın rəhbərlik etdiyi Kratos, Aresdən intiqam almaq üçün Afinada bir kahindən Aresi yalnız Pandoranın Qutusu ilə məhv edə biləcəyini öyrənir. Bu səbəbdən Kratos, Pandoranın məbədinə gedir və qutunu tapır. Lakin bunu eşidən Ares, Kratosu öldürür və qutunu ələ keçirir. Kratos, cəhənnəmə getsə də buradan xilas olub təkrar yer üzünə çıxır. Pandoranın Qutusu-nu Aresdən geri alan Kratos, qutunun təsiriylə Ares ilə döyüşəcək gücə sahib olur. Döyüş əsnasında Ares, Kratosun Blades of Chaos (azərb. Xaosun Qılıncları) adlı silahını alır və onun əvvəldən çəkdiyi ağrıları yenidən yaşamasına səbəb olur. Lakin Kratos, Blade of the Gods (azərb. Tanrıların Qılıncı) adlı silahı tapır və Aresi öldürür. Aresin ölümdən sonra Afina, Kratosun günahlarının əfv ediləcəyini, lakin gördüyü kabuslar haqqında hər hansı bir şey edə bilməyəcəklərini deyir. Bunu eşidən Kratos, ağrılarını sakitləşdirmək üçün özünü yüksək bir dağdan Egey dənizinə ataraq intihar edir. Lakin Kratos bir tanrını öldürdüyü üçün o tanrının yerini alır. Bu görə tanrılar onu dənizdən geri çıxarır, ölməsinə icazə vermir və Kratosu, yeni müharibə tanrısı olaraq Olimp dağına gətirirlər.
God of War oyunundakı personajların siyahısı:
Bunlardan başqa Afinanın Kahini, Qəbirqazan, adam yandıran və qayıq kapitanı kimi əhəmiyyətsiz personajlarda var. Kratosun həyat yoldaşı Lizandra, qızı Kalliyope, Barbar Kral və Kənd Kahini kimi yalnız xatirələrdə görülə bilən personajlarda mövcuddur. Oyun Linda Hant tərəfindən rəvayət edilir.[23][27]
Kratosun God of War oyununda istifadə etdiyi silahların siyahısı:[28]
Kratosun God of War oyununda qarşılaşdığı bossların siyahısı:[29][30][31][32]
Santa Monica, 2002-ci ildə Dark Odyssey (azərb. "Qaranlıq Odisseya") adlı layihə altında God of War-ı inkişaf etdirməyə başladı. Oyun, SCEA Santa Monica Gamers' Day 2004-də təqdim edilmişdir.
Oyunun rejissoru və yaradıcı Deyvid Yaffe, oyundakı kameranın kino-təqdimat şəklində olacağı haqqında məlumat vermişdir. E3-də, oyunçuların kamera sistemi ilə əlaqədar problem yaşadıqlarını görməklərinin lazımlı olduğunu və kameraların "problemli sahələri tapmaq və düzəltmək üçün E3-dən alınan mənbələrlə geniş diqqət testləri edirik" demişdir. Oyun, Santa Monica-nın əvvəlki oyunu olan Kinetica üçün inkişaf etdirdikləri Kinetica mühərrikindən istifadə edir.
Oyunun yunan mifologiyasına söykənməsinə baxmayaraq, inkişaf komandası mifologiyanı dəyişdirməkdə özlərinə "çoxlu azadlıq" verildiyini demişdir. Deyvid Yaffe oyunun ssenarisini yazarkən, 1981 istehsalı film olan Clash of the Titans-dan ilhamlandığını demişdir.
God of War oyunun demo versiyası, 2005-ci ilin yanvar ayının 1-də God of War: The Hydra Battle (azərb. "Müharibə Tanrısı: Hidra Döyüşü") adı ilə təqdim edildi. Bu demo versiya, Kratos müxtəlif düşmənlərlə döyüşməsini və Hidra ilə olan döyüşünün bir qismini ehtiva edirdi[33]. Oyun, 22 martda Şimali Amerikada[34], 8 iyulda Böyük Britaniyada, 17 noyabrda isə Yaponiyada satışa çıxarıldı[35]. Oyun, iyul ayının sonuna qədər, 2005-ci ildə satışa çıxarılan və ən çox satan 6-cı oyun olmuşdur[36]. Oyun, 2006-cı ildə PlayStation 2-in Greatest Hits (azərb. Ən Böyük Hitlər) adlı siyahısına əlavə edildi[37]. Sony, 2012-ci ilin iyun ayında, oyunun 4,6 milyondan çox surət satdığı haqda məlumat vermişdir.
Müharibə Tanrısı: Oyundan olan Orijinal Saundtrek | |
---|---|
Növü | Müxtəlif bəstəkarlar tərəfindən Saundtrek albomu |
Yayımlanma tarixi | 22 mart 2005[38] |
Janr | döyüş-macəra oyunu |
Müddət | 58:55 |
Dil | ingilis dili |
Jerar K. Marino, Ron Fiş, Uinifred Fillips, Mayk Reyqan, Kris Velasko və Uinni Valron[27] tərəfindən bəstələnən oyunun saundtreki, Sony Connect Music Store tərəfindən 1 Mart 2005-ci ilin Mart ayının 1-də albom şəklində nümayiş olundu. Oyuna daxil edilən bir kupon kodu yolu ilə oyunu alan müştərilərə saundtrek pulsuz olaraq təqdim edildi. Saundtrek, 2010-cu ilin Mart ayında God of War III Ultimate Edition (azərb. Müharibə Tanrısı III Son Buraxılış)-un bir parçası olaraq, God of War Trilogy Soundtrack-də endirilə məzmun olaraq çıxdı[39]. Albomdakı musiqilərin bəzilərində, oyunun müxtəlif yerlərindən alınan diyaloqlara rast gəlmək mümkündür.
№ | Başlıq | Musiqi | Müddət |
---|---|---|---|
1. | "Escape from Madness" | Jerar Marino (Marino) | 0:38 |
2. | "The Vengeful Spartan" | Marino | 1:21 |
3. | "Kratos and the Sea" | Marino | 2:21 |
4. | "Have Faith" | Marino | 1:21 |
5. | "The Splendor of Athens" | Mayk Reyqan (Reagan) | 2:09 |
6. | "This City Will Be Your Grave" | Marino | 0:24 |
7. | "Ares Destroys Athens" | Reagan | 1:13 |
8. | "Mind the Cyclops" | Reagan | 2:09 |
9. | "Athenian Battle" | Reagan | 3:07 |
10. | "Exploring the Ruins" | Uinifred Fillips (Phillips) | 2:02 |
11. | "Athens Rooftops Fighting" | Marino | 2:39 |
12. | "Save the Oracle Challenge" | Marino | 1:35 |
13. | "Kratos' Evil Past" | Marino | 2:01 |
14. | "Too Late" | Marino | 1:58 |
15. | "The Great Sword Bridge of Athena" | Marino | 2:17 |
16. | "What the Oracle Spoke" | Marino | 1:09 |
17. | "The Story of Cronos" | Marino | 1:17 |
18. | "Battle the Lethal Sirens" | Reagan | 2:28 |
19. | "The Temple of Pandora" | Ron Fiş (Fish) | 0:36 |
20. | "Pandoran Cyclopes Attack" | Fish | 1:42 |
21. | "The Architect's Mysteries" | Fish | 2:00 |
22. | "Zeus' Wrath Divine" | Kris Velasko (Velasco) | 3:04 |
23. | "The Underwater World of Poseidon" | Phillips | 3:04 |
24. | "Minotaur Boss Battle" | Velasco | 1:57 |
25. | "Burning Visions" | Fish | 1:15 |
26. | "Pandora's Box" | Phillips | 1:00 |
27. | "Hades, God of the Underworld" | Velasco | 1:13 |
28. | "The Fury of Ares" | Fish | 1:26 |
29. | "Duel With Ares" | Reagan, Velasco | 2:26 |
30. | "Enthroned on Mount Olympus" | Phillips | 1:57 |
31. | "God of War End Title" | Marino | 5:06 |
Ümumi müddət: | 58:55 |
God of War, tənqidçilərdən olduqca müsbət rəylər almışdır. Oyun, xüsusilə oyun prosesi, qrafikaları və səsləriylə tərif yığdı. CNN tərəfindən aparılan istintaqda God of War, "oyunçulara niyə oyun oynadıqlarını xatırladan oyun" olaraq adlandırıldı.[40]
God of War "İlin Oyunu" mükafatını bir neçə dəfə qazanmışdır[41]. 2005 Spike Video Oyun Mükafatlarında "Ən Yaxşı Aksiya Oyunu", Deyvid Yaffe isə oyuna görə "İlin Dizayneri" seçilmişdir. Oyun həmçinin, "İlin Oyunu", "İnsan Kişi Tərəfindən Olan Ən Yaxşı İcra" (Terrens Konnor Karson, Kratos olaraq) və "Ən Yaxşı Orijinal Xal" mükafatları üçün də namizəd olmuşdur[42]. 2006 İnteraktiv Müvəffəqiyyət Mükafatlarında "İlin Ümumi Oyunu", "İlin Konsol Oyunu" və "İlin Aksiya/Macəra Oyunu" olmaqla bir çox mükafat qazanmışdır[43]. 2009-ci ildə God of War IGN tərəfindən, bütün zamanların ən yaxşı yeddinci PlayStation 2 oyunu adına layiq görülmüşdür[44]. 2012-ci ilin noyabr ayında, God of War Complex jurnalı tərəfindən bütün zamanların ən yaxşı on birinci PlayStation 2 oyunu adına layiq görülmüşdür.[45]
God of War | |
---|---|
ing. God of War | |
Müharibə Tanrısı | |
Müəlliflər |
Metyu Stover Robert Eduard Vardeman |
Janrlar | Aksiya, Macəra |
Orijinalın dili | İngilis dili |
Ölkə | ABŞ |
Orijinalın nəşr ili | 25 may, 2010 |
Seriya | God of War |
Nəşriyyat | Sony Interactive Entertainment |
Növ | yumşaq cildli kitab |
ISBN-13 | 978-0-345-50867-6 |
Vikianbarda əlaqəli mediafayllar |
2009-cu ilin iyul ayında, həm God of War-ın, həm də God of War II-in eyniadlı bir romanı haqqında məlumat verilmişdir[46]. Əsər, Metyu Stover və Robert Eduard Vardeman tərəfindən yazılmış və 2010-cu ilin may ayının 25-də Del Rey Books tərəfindən nəşr olunmuşdur[47][48]. Vardeman Play jurnalına verdiyi müsahibədə, 1930-cu illərdə yazılan bir mifologiya kitabının özünün yunan mifologiyası ilə maraqlanmasının səbəbi olduğunu və God of War romanında işləməsinin "qaçırılmaması lazım olan bir fürsət" olduğunu demişdir. Vardeman həmçinin, romanın oyunun məzmunu izləməməsi üçün, əlavə bir materialı ehtiva etməsinin vacib olduğunu da demişdir. Vardeman, Kratos-u əhəmiyyətli bir personaj olaraq xarakterizə etmiş və "Bu motivlər münaqişəsi onu, narahat, amma böyük bir qəhrəman edir" demişdir. Vardeman, Kratos haqqında çoxlu potensial hekayələrin olduğunu deyərək God of War II-in eyniadlı romanını təsdiqləmişdir.[49]
Roman, oyunun hadisələrini izah edir və hekayəsinə Afinanın Kratosun Aresi öldürməsini istədiyini və Zevs xaric digər tanrıları Kratosa kömək etməsi üçün, onları necə manipulyasiya etdiyini izah edərək daha dərin qavrayışlar təqdim edir. Afinanın planlarını öyrəndikdən sonra Zevs, Kratosu Aresi öldürdükdən sonra müharibə tanrısı halına gətirmə niyyəti ilə Kratosa kömək etməyə qərar verir. Afina Poseydonu, Aresin Hidranı özünün ağalıq etdiyi yerlərə gətirdiyinə inandırır[50]. Artemida Kratosa kömək etməyə qərar verir. Çünki, Ares onun təbiətinii məhv etməyə çalışır. O, Kratosa kömək edərək bunun qarşısıma almağa çalışır[51]. Afina Afroditanı, Meduzanın özünə qarşı çağırış planlaşdırdığına inandırır[52]. Lakin, Aid kitabdan çıxarılmışdır. Çünki Kratos onunla qarşılaşmır və sehrini əldə etmir[53]. Kitabdakı bir başqa yanlışlıq, Kratosun Afinadan yeni bir qılınc dəsti almamasıdır[54]. Kitabda həmçinin, Blades of Chaos (azərb. Xaosun Qılıncları)-ın Hefest tərəfindən Tartarda yaradıldığını da öyrənmək olar.[55]
Tanrı Hermes tanrısı oyunda olmasa da, romanda var. O, Afinaya Kratosun intihar etdiyini bildirməsindən məsuldur[56]. Yeni personajlar arasında Kratosun gəmisinin birinci zabiti olan Soevs[57] və Meduzanın iki xidmətçisi, Yurr və kor kişi var[58]. Mini-oyunlarından birində qarşılaşılan əkiz qızların, Afroditanın Zora və Lora adlı qızları olduğuaşkar olunur[59][60]. Kitab həmçinin, qəhrəmanlar tərəfindən öldürülən mifologiyanın bəzi məxluqlarının hələ həyatda olduğunu açıqlayır. Məsələn, Zevs, Herkulesin Hidranı öldürdüyünü xatırladır və Athena bunu təsdiqləyir ancaq Zevsə, yeni Hidranın Tifon və Exidna adlı divlərin yumurtasında olduğunu və Aresin onu azad etdiyini deyir.[61]
2005-ci ildə, oyunla bağlı bir filmin yaradılacağı haqda məlumatı verildi[62]. Oyunun prodüseri Deyvid Yaffe, Deyvid Self tərəfindən bir ssenarinin yazıldığını və filmin tanınmış bir rejissor tərəfindən çəkiləcəyini açıqlamışdı. Həmçinin Yaffe, Kratos rolu üçün Dcimon Hounsou ilə görüşdüklərini və filmin prodüserliyi ilə Universal Studios-un maraqlandığını, lakin bu ankı vəziyyətin nə olduğunu tam olaraq bilmədiyini demişdir[63][64]. Filmin rejissorluğu üçün Brett Ratner düşünüldüsə də[65], sonradan imtina edildi.[66]
Sid Şuman: Xristofer Cuc,siz kimsiz? Xristofer Cuc: Kratos rolunda oynayacağım üçün bəxtəvərəm.. Alınma tarixi: 15 iyun, 2016
Artemis: Mən sənə bir Divi öldürmək üçün istifadə etdiyim bütün qılıncları təklif edirəm.