Helios, Elios[3] (yun. Ἥλιος, Ἠέλιος) yunan mifologiyasında[4] günəş tanrısı. Titanlardan Hiperion ilə Teyanın oğludur[5], Eos və Selenanın qardaşı. Helios təsvirlərdə göylərdən okean sahillərinə enən dörd qanadlı at qoşulmuş cəng arabasında, başına işıq saçan çələng qoymuş, uzun gözqamaşdırıcı libasda, yaraşıqlı kişi obrazında göstərilir. Əfsanəyə görə, o hər şeydən xəbərdar olarmış və pis və yaxşı hadisələrin şahidinə çevilərmiş. Məhz Persefonanın qaçırdanı anası Demetraya o nişan vermişdir.
Helios | |
---|---|
q.yun. Ἥλιος | |
![]() | |
Mifologiya | Qədim Yunanıstan dini |
Təsir sahəsi | Günəş |
Cinsi | kişi[d] |
Atası | Hiperion[1][2] |
Anası | Teya[1] |
Qardaşı və bacısı | Eos, Selena (ilahə) |
Uşaqları | |
Digər mədəniyyətlərdə | Ra |
![]() |
Titanlar | |||||||||||||||||||||||||
Hiperion | Teya | ||||||||||||||||||||||||
Selena | Eos | Helios | |||||||||||||||||||||||