Greenwood Press və ya ABC-CLIO/Greenwood — mərkəzi ofisi Amerika Birləşmiş Ştatlarının Santa-Barbara şəhərində yerləşən ABC-CLIO nəşriyyat şirkətinə tabe olan nəşriyyat şirkətidir. 1967-ci ildə yaradılmış şirkət istinad əsərləri, tədris nəşrləri və akademik nəşrlər sahələrində xidmət göstərir.
Greenwood Press | |
---|---|
Ölkə | |
Əsas şirkət | ABC-CLIO |
Yaranma tarixi | 1967[1] |
Sayt | abc-clio.com |
1967-ci ildə Harold Mason və Harold Şvarts tərəfindən Vestportda Greenwood Press adı altında təsis edilmişdir.[2] Şirkət 1976-cı ildə Congressional Information Service adlı şirkətə satılır. Bu şirkət isə 1979-cu ildə Elsevier tərəfindən alındıqdan sonra Greenwood Press Elsevier şirkətinin bir hissəsinə çevrilir.[3] 1985-ci ildə CBS- nin bir hissəsi olan Praeger Publishers; [3] 1989-cu ildə isə Bergin&Garvey və Auburn House Greenwood Press-ə satılmışdırlar və beləliklə bu şirkətlərdə Greenwood Press şirkətinə birləşdirilmişdirlər.[4] Sonrakı illərdə şirkətin adı Greenwood Publishing Group olaraq dəyişdirilmişdir. 1992-ci ildə Elsevier və Reed International şirkətlərinin birləşməsindən sonra Reed Elsevier şirkətinin bir hissəsi olmuşdur.[5] Sonrakı zamanlarda Ablex və Oryx brendləri və Libraries Unlimited Greenwood Publishing Group şirkətinə birləşdirilir və beləliklə şirkətin elektron mediada da məhsulları görünməyə başlanır.
2001-ci ildə Reed Elsevier şirkətinin Harcourt şirkətini alması ilə Harcourt Reed Elsevier şirkətinin törəmə şirkətinə çevrilir. Greenwood Publishing Group isə Harcourt-un törəmə şirkətinə çevrilir. 2007-ci ilin dekabr ayında Harcourt-un Houghton Mifflin Company şirkətinə satılması ilə Greenwood Publishing Group-da bu şirkətin bir hissəsinə çevrilir. 2008-ci ilin oktyabr ayında isə Houghton Mifflin Greenwood Publishing Group və onun markaları hesab olunan Greenwood Press, Praeger Publishers, Praeger Security International və Libraries Unlimited-i ABC-CLIO-ya satmışdır.[6][7] Bu satışdan sonra şirkətin adı ABC-CLIO/Greenwood olaraq dəyişdirilmiş və şirkətin baş ofisi ABC-CLIO-nun Santa Barbaradakı qərargahına köçürülmüşdür.[2]