Grga Novak (2 aprel 1888 – 7 sentyabr 1978) — görkəmli xorvat tarixçisi, arxeoloq və coğrafiyaçısı, 1958-1978-ci illərdə Yuqoslaviya Elmlər və İncəsənət Akademiyasının prezidenti.
Grga Novak | |
---|---|
xorv. Grga Novak | |
![]() | |
Doğum tarixi | 2 aprel 1888(1888-04-02)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 7 sentyabr 1978(1978-09-07)[2] (90 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | tarix |
İş yeri | |
Üzvlüyü |
|
![]() |
Xvar adasında doğulub və Zaqreb universitetinin qədim tarix üzrə profeessoru olub. 1946-1947-ci illərdə həmin universitetin rektoru olub. Xorvatiyada novator arxeoloji tədqiqatları və Dalmatiya, Split, Dubrovnik, Xvar və Adriatik adalarının tarixi üzrə məqalələri ilə tanınır.[3]
Grga Novak Zaqreb, Praqa və Vyanada tarix, arxeologiya və coğrafiya üzrə təhsil alıb və 1913-cü ildə doktorluq elmi dərəcəsi almışdır. 1920-ci ildən o Skopyedə Fəlsəfə Fakültəsində (sonradan Belqrad Universitetinin bir hissəsi olub) dərs deyib. 1924-cü ildə Zaqreb Universitetinə getmiş və 1959-cu ilə qədər qədim tarix üzrə dərs demişdir.[4] Doktor Novak 1939-cu ildən Yuqoslaviya Elmlər və İncəsənət akademiyasının üzvü, 1958-ci ildən 1978-ci ilə kimi isə prezidenti olub.[5]