. Love.az

Huseynqulu Eliyev - Wikipedia - Love.az

Ana Səhifə - Huseynqulu Eliyev

Hüseynqulu Əli oğlu Əliyev (3 fevral 1949, Bist, Ordubad rayonu) — Azərbaycan rəssamı və heykəltaraşı, Azərbaycan Respublikasının xalq rəssamı (2002), professor (2017)[1].

Hüseynqulu Əliyev
Doğum tarixi 3 fevral 1949 (76 yaş)
Doğum yeri Bist, Ordubad, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam, heykəltaraş
Üzvlüyü
  • Azərbaycan Rəssamlar İttifaqı
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 20022002 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 19991999

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Kitablar
  • 4 Ədəbiyyat
  • 5 İstinadlar

Həyatı

redaktə

Hüseynqulu Əliyev 3 fevral 1949-cu ildə Ordubad rayonunun Bist kəndində anadan olmuşdur. 1971–1975-ci illərdə Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbində, 1977–1982-ci illərdə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ tətbiqi sənət fakültəsində təhsil almışdır. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Rəsm Qalereyasında işləmişdir. 1988-ci ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamı işləyir. Hazırda Naxçıvan Dövlət Universitetində kafedra müdiridir.

Yaradıcılığı

redaktə

Hüseynqulu Əliyev "Koroğlu" və "Bəhruz Kəngərli" heykəllərini (Naxçıvan şəhəri), "Ana abidəsi"ni (Şəhidlər Xiyabanı), Şəhidlər abidəsini (Vənənd və Nehrəm kəndləri) yaratmışdır. Rəngkarlıq, qrafika, karikatura janrlarında əsərləri var.

C.Məmmədquluzadənin portreti (1990), "C.Məmmədquluzadə və H.Cavid" (1990), "C.Məmmədquluzadə oğlu Midhətlə" (1990), "C.Məmmədquluzadənin oğlu Ənvərin ailə üzvlərinin portreti" (1994), "Qurbanəli bəy" hekayəsi mövzusunda barelyef (1989), "Saqqallı uşaq" (1989), "Konsulun arvadı" (1989) əsərlərinə illüstrasiyalar, C.Məmmədquluzadənin büstü (1985) və sair əsərləri yaratmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı üçün "Ölülər" tamaşasının geyim eskizlərini çəkmişdir (1988–1989).

Teatr dekorasiyası sənəti sahəsində də fəaliyyət göstərmişdir.

1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2000-2011-ci illərdə Naxçıvan Rəssamlar Birliyinin sədri olmuşdur.

1988-ci ildə "Naxçıvan SSR əməkdar incəsənət xadimi", 9 oktyabr 1999-cu ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 30 may 2002-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı"[2] fəxri adlarına layiq görülmüşdür.

Kitablar

redaktə
  • Təsviri sənət nəzəriyyəsi. Naxçıvan, Qeyrət, 2017, 243 səh. (dərs vəsaiti - həmmüəllif Ləman Məmmədova)
  • Heykəltəraşlıq və rəssamlıqda insan gözəlliyinin təcəssümü. Naxçıvan, Qeyrət, 2017, 300 səh. (monoqrafiya - həmmüəllif Ləman Məmmədova)
  • İncəsənət tarixi fənninin tədrisi prosesində tələbələrin müstəqil işlərinin təşkili məsələləri. Naxçıvan, Qeyrət, 2016, 80 səh. (dərs vəsaiti - həmmüəllif Ləman Məmmədova)

Ədəbiyyat

redaktə
  • Əliyev Hüseynqulu Əli oğlu (Mətn) // Naxçıvan ensiklopediyası. Bakı. 2002, s 143.
  • Əliyev Hüseynqulu Əli oğlu (Mətn) // Cəlil Məmmədquluzadə ensiklopediyası. Bakı. Şərq-Qərb 2008, s 103.
  • Albom-monoqrafiya "Xalq rəssamı Hüseynqulu Əliyevin sənət dünyası", Səyyarə Sadıxova // Naxçıvan. "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi, 2019, 176 səh.
  • "Əlvan rənglər dünyası", Səyyarə Sadıxova // "Mədəniyyət" qəzeti 2011, 25 may. səh.12

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-21.
  2. ↑ "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 may 2002-ci il tarixli, 714 nömrəli Fərmanı". e-qanun.az. səh. "Xalq rəssamı" fəxri adı. 12 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2016.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hüseynqulu_Əliyev&oldid=7986943"
LOVE.AZ