. Love.az

Huseynqulu Xan Dunbili - Wikipedia - Love.az

Ana Səhifə - Huseynqulu Xan Dunbili

Hüseynqulu xan Əhməd xan oğlu Dünbili (?-1798) — Xoy xanlığının hakimi.

Hüseynqulu xan Dünbili
fars. حسینقلی‌خان دنبلی‎
Xoy xanı
1786 – 1798
ƏvvəlkiƏhməd xan Dünbili
SonrakıCəfərqulu xan Dünbili
Təbriz hakimi
1787 – 1793
ƏvvəlkiXudadad xan Dünbili
SonrakıCəfərqulu xan Dünbili
Şəxsi məlumatlar
Doğum tarixi 1756
Doğum yeri Xoy, Əfşarlar dövləti
Vəfat tarixi 1798
Vəfat yeri Xoy
Dəfn yeri Kərbəla
Atası Əhməd xan [1][2]
Həyat yoldaşı Kiçik bəyim İbrahimxəlil xan qızı Cavanşir
Uşaqları Məhəmmədsadıq xan, Mahçə bəyim ağa
Ailəsi Qacarlar
Dini İslam, şiə
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Hüseynqulu xan.

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Mənbə
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Həyatı

redaktə

Hüseynqulu xan Əhməd xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı.

Atası Əhməd xanın 1786-cı ildə öldürülməsindən sonra Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi. Digər qardaşları qılıncdan keçirildi. Cəsarət və şücaətdə məşhur olan qardaşı Cəfərqulu xan qısa bir müddətdə böyük qoşun toplayaraq qisas almaq və xanlığı xilas etmək üçün müharibəyə girişdi. Cəfərqulu xana Marağalı Əhməd xan, Urmiyəli Məhəmmdəqulu xan (Əhməd xanın kürəkəni) yardım edirdilər. Gürcü çarı II İrakli dünbülü tayfasının hörmətini qazanmaq və Xoy xanlığı ilə Gürcü çarlığı arasındakı münasibətləri nizama salmaq məqsədi ilə Cəfərqulu xanın sərəncamına (1786-cı ildə) 800 nəfər məharətli döyüşçü göndərdi. Qonşu xanlıqların və gürcü çarının yardımı ilə Cəfərqulu xan qısa bir vaxtda düşmənləri cəzalandırdı və həbsdən azad etdiyi böyük qardaşı Hüseynqulu xanı Xoy xanlığının taxtına oturtdu.

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2018-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-29.
  2. ↑ "Arxivlənmiş surət". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012.

Xarici keçidlər

redaktə
  • Əmir Hüseynqulu xan Dünbili  (fars.)
  • Hüseynqulu xan Dünbili  (fars.)

Həmçinin bax

redaktə
  • Xoyskilər
  • Xoy xanlığı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hüseynqulu_xan_Dünbili&oldid=6905915"
LOVE.AZ