Xoyskilər — Azərbaycan türklərinin tarixində mühüm rol oynamış ailələrdən biri. Ailənin kökü Xoy xanlarından gəlməkdədir.
Xoyskilər | |
---|---|
Titul | Xan |
Əcdadı | Cəfərqulu xan Dünbili |
Qohum soylar | Abraxanovlar |
Mənşəyi | Gəncə |
Təbəəliyi | Rusiya imperiyası |
Bu soyun ulu babası Cəfərqulu xan Dünbilidir. Cəfərqulu xan Əhməd xan oğlu Dünbili (?-1814) Fətəli şah Qacara üsyan qaldıraraq Rusiya imperiyasına üz tutdu. O, imperator I Aleksandr tərəfindən bahalı brilyantla bəzədilmiş qızıl metal və qızıl lələklə təltif edilmiş, 1807-ci ildə general-leytenant rütbəsi ilə təltif edilərək, həm də Şəki xanı təyin edilmişdi. 1810-cu ildə Cəfərqulu xanın vəfatından sonra Şəki xanlığını onun oğlu İsmayıl xan idarə etmişdi. Şəki xanlığı 1819-cu ildə ləğv edilmişdi. Dünbili tayfasından olmasına baxmayaraq övladları Xoyski soyadını qəbul etdilər. Digər oğlu Əbuturab (Əbra) xanın törəmələri isə Əbraxanov soyadını daşıdılar.