. Love.az

Hebib Rzayev - Wikipedia - Love.az

Ana Səhifə - Hebib Rzayev
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.

Rzayev Həbib Allahverdioğlu (26 dekabr 1923, Nehrəm – 12 avqust 1997, Bakı) — Naxçıvan MSSR-in Baş prokuroru, ədliyyə general-mayoru.

Həbib Rzayev
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının prokuroru
1975 – 1980
ƏvvəlkiRəşid Həsənov
SonrakıƏləddin Sultanov
Şəxsi məlumatlar
Doğum tarixi 26 dekabr 1923(1923-12-26)
Doğum yeri
  • Nehrəm, Azərbaycan
Vəfat tarixi 12 avqust 1997(1997-08-12) (73 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Mükafatları
  • 4 Mənbə
    • 4.1 İstinadlar

Həyatı

redaktə

Həbib Rzayev 26 dekabr 1923-cü il tarixində Nehrəm kəndində anadan olmuşdur. 1942-ci ildə Orconikidze (indiki Vladiqafqaz) Səhra komandirləri kursunu, 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1947-ci ildə Bakı hüquq məktəbini, 1954-cü ildə isə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır.

Həbib Rzayev 12 avqust 1997-ci ildə Bakıda vəfat etmişdir.

Fəaliyyəti

redaktə

Həbib Rzayev 1961–1969-cu illərdə Noraşen rayonu prokuroru, 1970–1975-ci illərdə Kürdəmir rayon prokuroru, 1975–1980-ci illərdə Naxçıvan MSSR Baş prokuroru vəzifələrində çalışmışdır.[1]

Mükafatları

redaktə

Vətən müharibəsi ordeni və medallarla, SSRİ-nin əlaçı hüquqşünası döş nişanı ilə təltif olunmuşdur.

Mənbə

redaktə
  • Naxçıvan Ensiklopediyası (Bakı–2002)
  • Elmin Nuri. ""Bir kəndin məşhurları" – Cəlil Məmmədquluzadənin kəndinin tanınmışları". 28.08.2015.

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Həbib_Rzayev&oldid=7678437"
LOVE.AZ