. Love.az

Heleb Sami - Wikipedia - Love.az

Ana Səhifə - Heleb Sami

Hələb şamı (lat. Pinus halepensis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Hələb şamı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Pinoideae
Cins:
Şam
Növ:
Hələb şamı
Beynəlxalq elmi adı
  • Pinus halepensis Mill., 1768
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  506601
NCBI  71633
EOL  1033600

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Azərbaycanda yayılması
  • 4 Sinonimləri
    • 4.1 Heterotipik sinonimləri
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Arealı

redaktə

Aralıq dənizi ölkələri, İspaniya, Fransa, Almaniya, o cümlədən Şimali Afrika, Suriya, Fələstində yabanı halda bitir.

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 25 m-ə, diametri 50 sm-ə çatan, düz və ya əyrigövdəli ağacdır. Cavan ağacların çətiri sıx, oval-konusvarı və ya piramidaldır. Budaqları uzun elastik, iynəyarpaqlarla örtülmüşdür, zoğları nazikdir, tumurcuqların uzunluğu 5–10 mm-ə çatır. İynəyarpaqları cüt cüt yerləşir, yumşaq və nazikdir, cavan iynəyarpaqlar açıq-yaşıl, yaşlı iynəyarpaqlar isə tünd yaşıl olub, kənarları hamar, ucları sivriləşmişdir. Yarpaq qını 5–8 mm uzunluqdadır. Qozaları meyvə saplaqlarından asılı halda yerləşir. 2-6 ədədi bir yerdə və ya tək təkdir. Cavan qozaları uzunsov-konusşəkilli və ya yumurtavarı, kürəvi formalıdır, yetişmiş qozaları isə sallaqdır. Bu qozalar qonurumtul qəhvəyi və ya qırmızı-qonur rəngdə olub, uzunluğu 7-10 sm, eni 3-5 sm-dir. Yetişmiş qozaların qalxancıqları iridir, ön hissəsi enli-dəyirmi, yastı və ya azca qabarıqdır, ortasında ellipsşəkilli və azca irəli çıxmış iri, boz göbəyi var, köndələn tili sivridir, boylama tili az nəzərə çarpır.

Qozalar aprel-may aylarında əmələ gəlir, üçüncü ilin yayında yetişir. Toxumları açıq-boz rəngdə, 5–7 mm uzunluqda, 4–5 mm enində, yumurtavarı, qeyri-müntəzəm romb və ya üçbucaq şəkilli, bir qədər yastılaşmışdır. Qanadı pərdəyəoxşar, açıq qonur rəngli, 2-3 sm uzunluqda və 6–9 mm enindədir. Quraqlığa, istiyə, şaxtaya davamlı, işıqsevən və torpağa qarşı tələbkar olmayan ağacdır. Külək vasitəsilə tozlanır. Toxumla çoxalır.

Hələb şamı sıra, qrup və tək əkinlərdə istifadə edilir. Hələb şamının qabığında 15 % tannin maddəsi vardır.

Azərbaycanda yayılması

redaktə

Azərbaycanda mədəni şəraitdə Abşeron, Kürdəmir, Yevlax, Ucar, Sabirabad, Beyləqan, Şirvan, Biləsuvar, Lənkəran və s. yerlərdə rast gəlinir.

Sinonimləri

redaktə

Heterotipik sinonimləri

redaktə
  • Pinus arabica Sieber ex Spreng.
  • Pinus carica D.Don
  • Pinus ceciliae Llorens & L.Llorens
  • Pinus colchica Booth ex Gordon & Glend.
  • Pinus genuensis J.Cook
  • Pinus halepensis var. carica (D.Don) Carrière
  • Pinus halepensis var. ceciliae (Llorens & L.Llorens) L.Llorens ex Rosselló, Cubas & N.Torres
  • Pinus halepensis subsp. ceciliae (Llorens & L.Llorens) Silba
  • Pinus halepensis var. genuensis (J.Cook) Antoine
  • Pinus halepensis var. minor Antoine
  • Pinus halepensis var. pendula P.P.Ferrer & R.Ferrer
  • Pinus hierosolimitana Duhamel
  • Pinus hispanica J.Cook
  • Pinus loiseleuriana Carrière
  • Pinus maritima W.T.Aiton
  • Pinus maritima Mill.
  • Pinus paroliniana Webb ex Carrière
  • Pinus parolinii Vis.
  • Pinus penicillus Lapeyr.
  • Pinus pseudohalepensis Denhardt ex Carrière

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hələb_şamı&oldid=8117142"
LOVE.AZ