Həsən ibn Təlal (ərəb. الحسن بن طلال; 20 mart 1947[1][2], Amman) — İordaniya kralı I Təlalın oğullarından biri, taxt vəliəhdi.[3]
Həsən ibn Təlal | |
---|---|
ərəb. حسونه | |
| |
1 aprel 1965 – 25 yanvar 1999 | |
Monarx | I Hüseyn |
Əvvəlki | Abdullah ibn Hüseyn |
Sonrakı | Abdullah ibn Hüseyn |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 mart 1947(1947-03-20)[1][2] (78 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | I Təlal (İordaniya kralı) |
Anası | Zeynəl-şərəf bint Cəmil |
Ailəsi | Haşimilər |
Dini | Əhlis-Sünnə |
Rütbəsi | general |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
1947-ci ildə Ammanda dünyaya gəldi.[4] Atası İordaniya kralı I Təlal, anası isə onun türk əsilli xanımı Zeynəl-şərəf bint Cəmildir. Orta təhsilini Ammanda tamamladıqdan sonra İngiltərəyə göndərildi və Oksford Universitetinin şərqşünaslıq fakültəsində təhsil aldı.[5] Ərəbcə, ingiliscə, fransızca və almanca sərbəst danışa bilir, türkcə və ispanca yaxşı səviyyədə bilir. Universitet illərində isə ivrit dili üzrə dərslər aldı.[6] 1951-ci ildə babasının ölümü və atasının qısa səltənətinin ardından böyük qardaşı I Hüseyn taxta çıxarıldı. 1965-ci ildə konstitusiya dəyişikliyinin ardından İordaniya taxtının vəliəhdi elan olundu[7] və qardaşının ölümündən 3 həftə öncə qardaşıoğlu Abdullah təyin edilənədək bu vəzifədə qaldı.[8]
34 il boyunca taxta çıxmağı gözləyən Həsən ibn Təlalın kralın ölümünə 3 həftə qalmış vəzifədən alınmasında bir neçə versiya irəli sürülür. Bəziləri kralın son illərdə səhhətinin pis olması və naib olaraq dövlət idarəsini ələ alan Həsən ibn Təlalın ordunun yuxarı zümrələrində vəzifə dəyişikliyi etmə niyyətini buna səbəb göstərir.[9] Bir qrup tədqiqatçı isə bunu I Hüseynin səltənəti öz şəcərəsində tutmaq istəməsi kimi izah edir.
1968-ci ildə hindu siyasətçi Məhəmməd İkramullahın qızı Sərvət İkramullah ilə evləndi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.