HESA Şahid-136 (Farsca: شاهد ۱۳۶; “şahid”) HESA tərəfindən yaradılmış İran istehsalı olan dron hücumları üçün nəzərdə tutulmuş pilotsuz hava döyüş texnikası və mobil sursatdır. Nisbətən ucuz texnika olub, buraxılış qurğularından təbəqələr formasında buraxılır və yer hədəflərinə uzaqdan hücum etmək və hücum zamanı hava hücumundan müdafiə resurslarını tükəndirməklə hava hücumundan müdafiə sistemlərindən yayınmaq və yer hədəflərini darmadağın etmək üçün nəzərdə tutulmuşdur. İlk dəfə 2021-ci ilin dekabrında yayımlanan şəkillərlə ortaya çıxmışdır[2][3].
HESA Shahed 136 | |
---|---|
شاهد ۱۳۶ | |
![]() | |
Tipi | Mobil sursat |
İstehsalçı | İran Təyyarə İstehsalı Sənayesi Şirkəti |
İstismarçılar | |
Buraxılış sayı | təq. 100[1] |
![]() |
Şahid-136 ilk dəfə husilər tərəfindən 2020-ci ildə Yəmən vətəndaş müharibəsi zamanı Abkaik-Hüreys hücumunda istifadə edilmişdir[4][5][6]. 2022-ci ildəki Rusiyanın Ukraynaya hücumu zamanı o, Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Geran-2 (Герань-2) adı ilə Ukraynaya qarşı istifadə olunur[7][8][9][4][10][11][12].
Mənbə:[13]