Aslanov Hamlet Qurbanəli oğlu (10 dekabr 1938, Sultanabad, Amasiya rayonu) — görkəmli meliorator alim, kənd təsərrüfatı elmləri doktoru, professor.
Hamlet Aslanov | |
---|---|
Hamlet Qurbanəli oğlu Aslanov | |
Doğum tarixi | 10 dekabr 1938(1938-12-10) (86 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kənd təsərrüfatı |
Elmi dərəcəsi | kənd təsərrüfatı elmləri doktoru |
Elmi adı | |
İş yerləri | |
Təhsili |
10 dekabr 1938-ci ildə Ermənistan SSR-nin Amasiya rayonunun Şurabad kəndində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Bakı Hidromeliorasiya Texnikumuna daxil olmuşdur, 1959-cu ildə Texnikumu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsinə daxil olmuşdur. İnstitutda təhsil illərində, ictimai fəaliyyətinə və fərqlənmə təhsilinə görə III kursdan Lenin təqaüdçüsü olub.
Azərbaycan ölkəsində və xaricdə (Rusiya, ABŞ, İran İR və s.) nəşr olunmuş 150 yaxın elmi-metodik işin, o cümlədən iki monoqrafiya, ali məktəb tələbələri üçün yazılmış iki dərsliyin), bir dərs vəsaitinin, 6 adda metodik vəsait və göstəricilərin müəllifidir.
- Torpaqların meliorasiyası, kənd təsərrüfatı bitkilərin suvarılmasda suvarma texnologiyasının yaradılması və tətbiqi problemləri, Azərbaycanda suvarma texnologiyasının texniki kompleksinin yaradılması, yeniləşdirilməsi və tətbiqi, su çatışmazlığı və ətraf mühütin ekoloji tarazlığının pozulması şəraitində kənd təsərrüfatı və meliorasıyanın inkişafı problemləri, torpağqoruyucu əkinçilik metodlarının tətbiqi ilə kənd təsərrüfatı biktilərinin məhsuldarlığının artırılması, suvarma sistemlərinin avtomatlaşdırılması, dağ əkinçilik rayounlarında suvarmanın inkişaf etdirilməsi üçün üsul və texnologiyalarının işlənib hazırlanması, torpaqların mühafizəsi, onları eroziyadan və səhralaşmadan qorunması, qlobal iqlim dəyişmələri şəraitində torpaq və su eytiyyatlarının qorunması və idarə olunması istiqamətində tədqiqatların aparılması və bu şəraitdə kənd təsərrüfatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.