. Love.az

Hans Burqkmayr - Wikipedia - Love.az

Ana Səhifə - Hans Burqkmayr
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Hans.

Hans Burqkmayr (1.1.ilə 10.5. arası, 1473, Auqsburq – may ilə avqust arası, 1531, Auqsburq) — alman boyakarı və qrafiki.[1]

Hans Burqkmayr
ing. Hans Burgkmair the Elder
Lukas Furtenagel 001
Lukas Furtenagel 001
Doğum tarixi 1473
Doğum yeri Auqsburq
Vəfat tarixi 1531
Vəfat yeri Auqsburq
Milliyyəti alman
Fəaliyyəti boyakar, qrafik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Qalereya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Atası rəssam Toman Burqkmayrdan (1444–1523), Kolmarda M. Şonqauerdən (1488–89); Auqsburqda ehtimal ki, Böyük H. Holbeyndən (təqr. 1492) dərs almışdır. 1498-ci ildən Auqsburqda boyakarlar gildiyası ustası olmuşdur. Müq. Yekaterina monastırının sifarişi ilə Roma bazilikalarına həsr olunmuş silsilə tablolar ("Müq. Pyotr bazilikası", 1501 və s., Dövlət qalereyası, Auqsburq) çəkmişdir (Böyük Holbeynlə birlikdə).[1]

Fəaliyyəti

redaktə

Rəssam bir neçə dəfə İtaliyada, əsasən, Milan və Venesiyada olmuşdur (təqr. 1495 və 1506–07). Şimal İntibahının görkəmli nümayəndələrindən biridir. Yaradıcılığının yetkin dövrü əsərlərində Şimali İtaliya boyakarlığından (əsasən, Venesiya məktəbindən) əxz etdikləri əksini tapmışdır. Bu xüsusiyyətlər Burqkmayr tablolarının kolorit quruluşunda, sərbəst və tarazlaşdırılmış kompozisiya həllində özünü göstərir ("Məryəm ana körpəsi ilə", 1509–10, Almaniya milli muzeyi, Nürnberq). Yaradıcılığının son dövr əsərlərinin kompozisiyası bir qədər ağırlığı ilə fərqlənir ("Esfir və Artakserks", 1528, Qədim pinakoteka, Münxen). Qravüralar üçün çoxsaylı rəsmlər çəkmişdir. Bir neçə lövhədən rəngli çap (kyaroskuro texnikası) tətbiq etməklə ksiloqrafiyanın imkanlarını genişləndirmişdir.[1]

Qalereya

redaktə
  •  
    Emperor Frederick III
  •  
    Portuqaliya Eleanoru, Müqəddəs Roma İmparatoriçası
  •  
    Maksimilianın triumfunun rəsmi
  •  
    Burqkmayrın taxta üzərində rəsmi

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Burqkmayr// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 95.

Xarici keçidlər

redaktə
  • Hans Burgkmair
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hans_Burqkmayr&oldid=6219048"
LOVE.AZ