. Love.az

Hans Fon Aaxen - Wikipedia - Love.az

Ana Səhifə - Hans Fon Aaxen
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Hans.

Hans fon Aaxen (1552-4 mart 1615) — Alman rəssamı.

Hans fon Aaxen
alm. Hans von Aachen‎
Doğum tarixi 1552
Doğum yeri
  • Köln, Köln kürfürstlüyü, Kürreyn dairəsi, Müqəddəs Roma imperiyası[1][2][…]
Vəfat tarixi 4 mart 1615
Vəfat yeri
  • Praqa, Bohemiya krallığı, Bohemiya tacı torpaqları[d], Müqəddəs Roma imperiyası[1][2][…]
Dəfn yeri
  • Müqəddəs Vit kafedralı
Fəaliyyəti rəssam, diplomat, dizayner
Janr Rəssamlıq
Stil alman intibahı[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Hans fon Aaxen 1552-ci ildə dünyaya gəlib. Hələ kiçik yaşlarından sənətin incəliklərini duyub, müxtəlif cızmaqaralar etməyə başlayıb. Hansın ilk müəllimi Jerrigh olub. Bir müddət rəssamlığın incəliklərini öyrəndikdən sonra müəlliminin məsləhətiylə 1574-cü ildə təhsilini davam etdirmək üçün İtaliyaya gedib. Roma və Florensiyanı gəzib, ancaq sonunda Venesiyaya yerləşib. Əvvəl Kaspar Remsin şagirdi olub. Daha sonra, o zamanlar almaniyalı sənətkarlar Bartholomeus Spranger və Hendrick Goltziusun tərzindən də təsirlənərək öz Maniyerist texnikasını inkişaf etdirmək üçün Tintoretto və Michelangelo janrında işləməyə başlayıb.

1588-ci ildə Almaniyaya geri qayıdır. Burda zadəganların portretini çəkən məşhur bir rəssam kimi tanınmağa başlayır. Münihdə bəstəkar Orlando de Lassonun qızı Regina ilə evlənir. 1592-ci ildə Müqəddəs Roma İmperatoru 2-ci Rudolphun şəxsi rəssamı olur. İmperatorun Rəsm Komissiyasında vəzifəsini yerinə yetirmək üzrə 1601-ci ildə Praqaya gedir.

Peter İsaak və Cozef Heinz məhz onun şagirdləri idi. Ömrünün sonunadək Praqada yaşayıb –yaradan rəssam 1615-ci il martın 4-də Praqada da vəfat edib.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  1. ↑ 1 2 Union List of Artist Names (ing.).
  2. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hans_fon_Aaxen&oldid=6726271"
LOVE.AZ