Haputlular, haputlar[1][2] və ya hapıtlar[3] — Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid xalq.[4] Əsasən Azərbaycanda, Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında və Bakı, Sumqayıt şəhərlərində yaşayırlar. Kompakt halda Quba rayonunun Haput, İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli, Hapıtlı[5] və Mollaisaqlı kəndlərində məskunlaşmışlar. Füzuli rayonunun Saracıq kəndində də gəlmə tayfalardan biri hapıtlılardır[6].
Haputlular | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili |
haput dili Azərbaycan dili |
Dini | İslam |
Qafqaz dil ailəsinə mənsub haput dilində danışırlar.[7] Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar.[8] Dinləri islam dinidir. 1880-ci illərə aid bir sənəddə haputluların sayı 997 nəfər göstərilirmişdir.[9][10]
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |