. Love.az

Harami Dagi - Wikipedia - Love.az

Ana Səhifə - Harami Dagi
Bu adın digər istifadə formaları üçün bax: Haramı.

Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində dağ (hünd. 1316,7 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin  terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir.  Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir.

Haramı dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1316,7 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Ordubad

HƏRƏMİ DAĞI – Ordubad rayonu ərazisində Haramı dağının əhali arasında işlədilən başqa adı.[1]

Həmçinin bax:

redaktə
  • Almalıdağ
  • Xarxat dağı
  • Kəsəndağ
  • Keçəltəpə
  • Arısu
  • Haramı aşırımı

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Haramı_dağı&oldid=6087331"
LOVE.AZ