. Love.az

Harri Markovits - Wikipedia - Love.az

Ana Səhifə - Harri Markovits

Harri Markovits (ing. Harry Max Markowitz) 24 avqust 1927[2][3][…], Çikaqo, İllinoys – 22 iyun 2023[4], San-Dieqo, Kaliforniya) — amerikalı iqtisadçı. Çağdaş portfel nəzəriyyəsi mövzusunda xüsusilə mal varlığı riskləri, korrelyasiya və portfel müxtəlifliyinin investisiya portfelinin gəlirlərinə olan təsirləri ilə bağlı tədqiqatları ilə tanınır. 1990-cı ildə Merton Miller və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Harri Markovits
ing. Harry Max Markowitz
Doğum tarixi 24 avqust 1927(1927-08-24)[2][3][…]
Doğum yeri
  • Çikaqo, Kuk[d], İllinoys, ABŞ
Vəfat tarixi 22 iyun 2023(2023-06-22)[4] (95 yaşında)
Vəfat yeri
  • San-Dieqo, San-Dieqo qraflığı, Kaliforniya, ABŞ
Vəfat səbəbi ağciyər iltihabı[4], sepsis[4]
Elm sahələri Maliyyə iqtisadiyyatı, iqtisadiyyat[1]
İş yerləri
  • Tokio Universiteti,
  • San-Diyeqo Kaliforniya Universiteti
Təhsili
  • Çikaqo Universiteti
Elmi rəhbərləri Milton Fridmen
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Ekonometrik Cəmiyyət (1959–)[5]
Mükafatları 1989 Con fon Neyman nəzəriyyə mükafatı, Nobel mükafatı 1990 İqtisadiyyat üzrə Nobel mükafatı

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Həyatı

redaktə

Harri Markovits ABŞ-nin Çikaqo şəhərində anadan olub. Liseydə oxuyarkən fizika və fəlsəfə mövzularına, xüsusilə bu mövzularda ingilis filosofu Devid Yumun fəaliyyətləri ilə maraqlandı. Çikaqo Universitetində də bakalavr dərəcəsinə bu mövzularda yüksəldi. Sonra magistr təhsilinə Çikaqo Universitetində iqtisadiyyat bölməsində davam etdi. Burada təhsil alarkən məşhur iqtisadçıların, Milton Fridmen, Tyallinq Kupmans, Ceykob Marşak, Leonard Seveyc və b. rəhbərliyində tədqiqatlarına davam etdi. Hələ tələbə olarkən o vaxt Çikaqoda yerləşən məşhur Kovles Komissiyası Tədqiqat Mərkəzinə üzv olmağa dəvət aldı. Harri Markovits doktorluq dissertasiyası mövzusu olaraq qiymətli kağızlar birjası araşdırmalarını riyaziyyatla əlaqələndirməyi seçdi. Həmin dövrdə birja qiymətlərinin analizi Con Burr Vilyams tərəfindən təkmilləşdirilmiş Bugünkü dəyər nəzəriyyəsi ilə aparılırdı. Harri Markovits bu analizin riskli olmadığını görüb qərarsız qalıb portfel maliyyə bölüşdürməsi ilə bağlı yeni bir nəzəriyyə meydana gətirdi və 1952-ci ildə bu mövzudakı məqaləsi Maliyyə jurnalında (ing. Journal of Finance) dərc olundu.

1952-ci ildə Harri Markovits RAND Kooperasiyasının tədqiqat mərkəzində fəaliyyətə başladı. Burada xətti proqramlaşdırma qaydasının simpleks həllini təkmilləşdirən Corc Dentziqlə əməkdaşlıq etdi. Corc Dentziqin də dəstəyi ilə optimizasiya metodları ilə bağlı tədqiqatlar apararaq optimal olan orta-varyans portfellərin müəyyən olunması üçün (sonradan öz adı ilə Markovits sərhəddi adlanan) kritik doğru alqoritmini meydana gətirdi. 1955-ci ildə maliyyə portfeli nəzəriyyəsi ilə Çikaqo Universitetində doktorluq dərəcəsinə yüksəldi. Harri Markovitsin tədqiqat apardığı mövzu o qədər yeni idi ki, nəzəriyyə qurumunda önəmli bir üzv olan Milton Fridmen bu mövzunun iqtisadiyyatla bağlı olmadığını, riyaziyyatla bağlı olmadığını bir sözlə hələ tam olaraq nə olduğunun bəlli olmadığını qeyd etmişdi.[6]

Harri Markovits 1955–1956-cı illərdə Yel Universitetinə köçmüş olan Kovles Komissiyasında tədqiqat mərkəzində işlədi. Bu müddət ərzində maliyyə portfeli bölgüsündə Markovits sərhəddi adlanan qaydası 1956-cı ildə məqalə kimi nəşr olundu. 1959-cu ildə isə eyni qayda daha da genişləndirilmiş şəkildə kitab şəklində çap olundu.

Harri Markovits 1990-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldü. Bu zaman o, Nyu Yorkda yerləşən Beruç Kollecində (ing. Baruch College of the City University of New York) maliyyə professoru olaraq işləyirdi.

Bundan başqa Harri Markovits bir çox özəl şirkətdə işləmiş və məsləhətçi olmuşdu.

Əsərləri

redaktə
  • 1952 — Harri Markovits, Portfel seçimi, Maliyyə jurnalı (ing. Journal of Finance), C.7 No.1 səhifə 77–91.
  • 1956 — Harri Markovits, Xətti məhdudiyyətlərə məruz qalan kvadrat funksiyasının optimallaşdırılması, Dənizçilik Araşdırmaları Logistik Rüblüyü (ing. Naval Research Logistics Quarterly), C.3 səhifə 111–133.
  • 1959 — Harri Markovits, Portfel seçimi: Investisiyaların səmərəli diversifikasiyası, Con Uiley & Sons, Nyu Cersi (yenidən nəşr 1970-ci il Yel Universiteti nəşriyyatı, ISBN 978-0-300-01372-6; İkinci redaktə 1991, Blekvil nəşriyyatı, ISBN 978-1-55786-108-5).

Həmçinin bax

redaktə
  • İqtisadiyyat üzrə Nobel mükafatı
  • İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər

redaktə
  • Harri Markovits haqqında Nobel mükafatı e-muzeyində məlumat
  • Harri Markovits haqqında faktlar
  • Harri Markovitsin İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı Arxivləşdirilib 2015-04-21 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. ↑ 1 2 Harry M. Markowitz // Encyclopædia Britannica (ing.).
  3. ↑ 1 2 Harry Markowitz // Brockhauz Ensiklopediyası (alm.).
  4. ↑ 1 2 3 4 Harry Markowitz, Nobel-Winning Pioneer of Modern Portfolio Theory, Dies at 95.
  5. ↑ Fellows of the Econometric Society 2022. Ekonometrik Cəmiyyət.
  6. ↑ Markowitz, Harry. "Foundations of Portfolio Theory" Arxivləşdirilib 2013-03-10 at the Wayback Machine, The Nobel Prizes 1990, Editor Tore Frängsmyr, [Nobel Foundation], Stockholm, 1991
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Harri_Markovits&oldid=7091043"
LOVE.AZ