. Love.az

Henri Pelham - Wikipedia - Love.az

Ana Səhifə - Henri Pelham

Henri Pelham (ing. Henry Pelham, 25 sentyabr 1694[1] – 6 mart 1754[2][3][…], London) — Britaniyanın dövlət xadimi, viqlər partiyasının üzvü, Britaniyanın 3-cü baş naziri.

Henri Pelham
ing. Henry Pelham
Doğum tarixi 25 sentyabr 1694
Doğum yeri Louton, Sasseks
Vəfat tarixi 6 mart 1754 (59 yaşında)
Vəfat yeri London
Dəfn yeri
  • Susseks[d]
Təhsili
  • Kembric Kinqs Kolleci
Fəaliyyəti siyasətçi
Partiyası
  • Viqlər
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1746–)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

redaktə

Henri Pelham siyasətçi ailəsində anadan olub. 1717-ci ildə o, Siford şəhərindən parlamentə üzv qəbul olunur. 1724-cü ildən Robert Uolpolun hökumətinə daxil olur və istefasına qədər orada qalır.

Partiyaların koalisiyası sayəsində Pelem 1743-cü ildə Böyük Britaniyanın baş naziri, Birinci və Kansler Xəzinadar lordu olur. Birinci il real hakimiyyət dövlət katibi Con Karteleta məxsus olsa da, hökumətin sonrakı vacib fəaliyyətində əsas rolu Pelem və onun böyük qardaşı Tomas Pelem-Holls oynayır. Pelemin hakimiyyəti dövründə Böyük Britaniya bir neçə kolonial müharibələrdə iştirak etmişdir. Ən əsas hadisələrdən biri 1752-ci ildə təqvimin dəyişilməsi oldu. Belə ki, Böyük Britaniya qriqorian təqvimi qəbul etdi. İlin başlanğıcı 25 martdan 1 yanvara keçirildi.

Pelemin ölümündən sonra hökumətin baş-naziri onun qardaşı Tomas oldu.

İstinadlar

redaktə
  1. ↑ Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
  2. ↑ Henry Pelham // Encyclopædia Britannica (ing.).
  3. ↑ Lundy D. R. Rt. Hon. Henry Pelham // The Peerage (ing.).

Xarici keçidlər

redaktə
  • Pelemin bioqrafiyası Arxivləşdirilib 2008-08-25 at the Wayback Machine. Böyük Britaniyanın hökumət vebsaytı.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Henri_Pelham&oldid=7971036"
LOVE.AZ