Her – Cənubi Koreyada fəaliyyət göstərən Tailand müğənnisi Minninin debüt minialbomu. "Cube Entertainment" tərəfindən 21 yanvar 2025-ci ildə buraxılmışdır. Əsas sinqlı "Her" olan minialboma 7 trek daxildir.
Her | |
---|---|
![]() Rəqəmsal üzlük. | |
Minni tərəfindən ifa olunmuş minialbom | |
Növü | minialbom |
Yayımlanma tarixi | 21 yanvar 2025 |
Müddət | 22:29 |
Dil |
|
Leybl | Cube |
3 dekabr 2024-cü ildə Minninin solo debüt edəcəyi və 2025-ci ilin yanvarında albom buraxacağı açıqlanmışdır.[1] O, "(G)I-dle" qrupunda Soyon, Uqi və Miyondan sonra solo debüt edəcəyi açıqlanan 4-cü üzv olmuşdur.[2] Debüt albomunun "Blind Eyes Red" adlı pre-reliz sinqlı 7 yanvar 2025-ci ildə buraxılmışdır.[3] 8 yanvarda "Cube" onun "Her" adlı ilk minialbomunun 21 yanvarda buraxılacağını açıqlamışdır.[4] 9 yanvarda tanıtım proqramı buraxılmışdır.[5] Növbəti gün albomun trek siyahısı və minialbomun əsas sinqlı "Her" açıqlanmışdır. Alboma daxil olan "Drive U Crazy" və "Obsession" mahnılarında qrup yoldaşı Uqi və "WayV" qrupundan Ten də yer almışdırlar.[6] Minialbom 21 yanvarda rəqəmsal formatda buraxılmışdır.[7]
№ | Başlıq | Sözlər | Musiqi | Aranjiman | Müddət |
---|---|---|---|---|---|
1. | "Blind Eyes Red" |
|
|
| 3:23 |
2. | "Her" |
|
|
| 2:39 |
3. | "Drive U Crazy" (feat. Uqi ((G)I-dle)) |
|
|
| 2:37 |
4. | "Cherry Sky" |
|
|
| 2:55 |
5. | "Valentine's Dream" |
|
|
| 3:21 |
6. | "It's Okay" |
|
|
| 3:48 |
7. | "Obsession" (feat. Ten (WayV)) |
|
|
| 3:42 |
Ümumi müddət: | 22:29 |