. Love.az

Heyder Abbasi - Wikipedia - Love.az

Ana Səhifə - Heyder Abbasi

Heydər Abbasi (fars. حیدر عباسی‎; 24 fevral 1943 və ya 1943[1], Marağa, Şərqi Azərbaycan ostanı) — daha çox öz təxəllüsü ilə tanınır - Barışmaz (farsca: باریشماز) - İran azərbaycanlılarından olan şair, yazıçı, tərcüməçi və Azərbaycan ədəbiyyatı tənqidçisi.[2][3]

Heydər Abbasi
fars. حیدر عباسی‎
Təxəllüsü Barışmaz
Doğum tarixi 24 fevral 1943 (82 yaş)
Doğum yeri Marağa şəhəri
Vətəndaşlığı İran İslam Respublikası
Milliyyəti Azərbaycanlı
Təhsili
  • Təbriz Universiteti,
  • Tehran Universiteti
İxtisası İngilis dili
Fəaliyyəti Şair
Yazıçı
Tərcüməçi
Ədəbiyyat tənqidçisi
Rəssam Xəttat
Əsərlərinin dili Azərbaycanca
Farsca
Tanınmış əsərləri Çağırılmamış qonaqlar Səs və divarlar Dartılmış dənələr

Mündəricat

  • 1 Həyatı
  • 2 Təhsili
  • 3 Yaradıcılığı
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Heydər Abbasi 1943-cü ildə Şərqi Azərbaycan ostanının Marağada şəhərində anadan olmuşdur.

2017-ci ilin dekabr ayının 7-də Marağa şəhərinin Əbdülqadir Marağalı adına Mədəniyyət və İncəsənət Kompleksində Heydər Abbasi üçün yaradıcılıq gecəsi keçirilmişdir. Mərasimdə Cənubi Azərbaycanın tanınmış şairləri, o cümlədən Kərimi Marağalı, Nadir İlahi, Vədud Dusti və daha bir neçə şair də iştirak etmişdir.

Təhsili

redaktə

Təbriz Universitetində ingilis dili üzrə bakalavr təhsili almışdır. Tehran şəhərində isə magistr pilləsində təhsil almışdır.[2]

Yaradıcılığı

redaktə

45 ədəbi əsəri vardır. Heydər Abbasi ədəbi yaradıcılıq və ədəbi tənqidçiliklə yanaşı tərcüməçiliklə də məşğuldur. Onun ən yaxşı tərcümə əsərlərinə Nəhcül-bəlağəni həm ərəb, həm də latın əlifbasında Azərbaycan dilinə tərcüməsini (həmçinin həmin əsərin təfsirini 2 cilddə yazmışdır), Mövlanə Cəlaləddin Ruminin Məsnəvisini həm ərəb, həm də latın əlifbasında (4 cilddə) Azərbaycan dilinə tərcüməsini misal göstərmək olar.

Heykəltaraş, xəttat və rəssam kimi də tanınan ustad Barışmaz türk, ərəb, ingilis, fransız, rus və fars dilllərini mükəmməl bilir. Ən çox Azərbaycan türkcəsində yazıb-yaradan şair 50-dən çox dəyərli əsərin müəllifidir.[4]

Məşhur əsərləri:

  • Nəğmə Daği və İstimar
  • Kəbə və qanlı azan
  • Güləndə hərzaman Məşair və şeytan
  • Səs
  • Divarlar
  • Ödümlü Dirək[5]
  • Çağirilmamiş qonaqlar
  • Müxannaslər
  • Val-əsr
  • Dartılmamış dənlər

İstinadlar

redaktə
  1. ↑ Deutsche Nationalbibliothek Record #130523488 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ↑ 1 2 Tanınmış azərbaycanlı şair ustad Barışmazın yaradıcılıq gecəsi keçirilib[ölü keçid]
  3. ↑ "اعضای کمیسیون فرهنگی مجلس با شاعر مراغه ای دیدار کردند". 2019-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-21.
  4. ↑ Video: Günaz TV Yanvar.27.2017 Qonu: Şair və yazıçı Heydər Abbasi (Barışmaz) ilə ədəbi görüş, İranda vətəndaş haqları bəyannaməsi, Ümummilli mənafeyimizin müştərək nöqtələri və birgə mübarizə .[ölü keçid]
  5. ↑ Heyder Abbasi Barışmaz

Xarici keçidlər

redaktə
  • Heydər Abbasinin yaradıcılığı barədə Günaz TV-də proqram[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Heydər_Abbasi&oldid=7307906"
LOVE.AZ