Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. |
Heydər İftar oğlu Qasımlı (18 yanvar 1942, Kosalar, Qazax rayonu – 11 mart 2012, Qazax) — Azərbaycan yazıçı-dramaturqu, yüksəkixtisaslı mədəni-maarif işçisi, Yeni Azərbaycan Partiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ağköynək mədəniyyət evinin (1968-ci ildən), Qazax Tarix-Diyarşünaslıq Muzeyinin(1983-cü ildən), Qazax Dövlət Dram Teatrının(1991-ci ildən) direktoru, "Göyəzən" qəzetinin (1995-ci ildən) baş redaktoru.
Heydər Qasımlı | |
---|---|
![]() | |
Doğum tarixi | 18 yanvar 1942(1942-01-18) |
Doğum yeri | |
Vəfat tarixi | 11 mart 2012(2012-03-11) (70 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, dramaturq |
Əsərlərinin dili | Azərbaycan dili |
![]() |
Heydər İftar oğlu Qasımlı 1942-ci ildə yanvarın 18-də Qazax rayonunun Kosalar kəndində dünyaya gəlib. 1948-ci ildə Kosalar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub, 1958-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub, 1978-ci ildə həmin istitutu bitirərək yüksəkixtisaslı mədəni-maarif işçisi ixtisasına yiyələnmişdir. 1976-cı ildə ailə qurub, 4 övladı var. 2012-ci ildə vəfat etmişdir.
1961-ci ildən Suraxanı neft mədənlərində operator köməkçisi, operator, usta köməkçisi və usta vəzifələrində çalışıbdır. 9 sentyabr 1968-ci ildən 5 fevral 1971-ci ilədək yenidən rayona qayıtmış və Ağköynək Kənd Mədəniyyət Evinin bədii rəhbəri vəzifəsində işləmiş, 5 fevral 1971-ci ildən 30 oktyabr 1975-ci ilə kimi Mədəniyyət şöbəsi 2 nömrəli artoklubun müdiri, 1 noyabr 1975-ci ildən 1 avqust 1976-cı il tarixədək Radio verlişləri redaksiyasının redaktoru, 1983-cü ildən Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, 1989-cu ilin martından 1991-ci ilin iyulunadək Qazax Dövlət Dram Teatrının direktoru olmuşdur, 1995-ci ilin iyunundan "Göyəzən" qəzetinin redaktoru vəzifəsinə təyin edilmişdir.
Ədəbi yaradıcılığa 1960-cı ildə başlayıb. İlk hekayəsi "Ata kölgəsi" Azərbaycan gəncləri qəzetində dərc olunub. Heydər Qasımlının "Qızdərəyə gedən yol", "Çörək ətri", "Ata kölgəsi", "Kibrit qutusu", "Axtaran tapar", "Nəfsin bəlası", "Qarasaqqal" və s. kitabları nəşr olunmuşdur. Yazıçı "Gümüş kəmər","Qisas" romanlarını,"Gülnarə","Yurd yeri","Sarı ürgə","Tənha çinar","Nəfsin bəlası" povestlərini Azərbaycan ədəbiyyatına bəxş etmişdir. Ədəbiyyatımızda İsmayıl Şıxlı dan sonra Cahandar ağa kimi kişilik obrazını yaradanlardan biri də məhz Heydər Qasımlıdır. Yazıçının son illərdə qələmə aldığı "Qanlı papaq" tarixi romandır. Bu roman Azərbaycanda feodal-bəy münasibətlərinin hökm sürdüyü və onun süquta uğradığı dövrləri əhatə edir. Süjet Kürqırağı kəndlərin birində cərəyan edən canlı hadisələr üzərində qurulmuşdur. Heydər Qasımlı 1988-ci ildə "Araz" ali ədəbi və 2000-ci ildə "Nurlu qələm ustası" mükafatları laureatı olmuşdur.