Heyli Staynfeld (ing. Hailee Steinfeld; 11 dekabr 1996[1], Tarzana[d], Kaliforniya[2][3])[4][5] — ABŞ aktrisası və müğənnisi. O, 2010-ci ildə rol aldığı "True Grit" filmindəki çıxışına görə "Oskar" və "BAFTA" mükafatına namizədlik əldə etmişdir.
Heyli Staynfeld | |
---|---|
ing. Hailee Steinfeld | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 11 dekabr 1996(1996-12-11)[1] (28 yaş) |
Doğum yeri |
|
Partnyorları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktrisa, müğənni, televiziya aktrisası, model[d], kino aktrisası, səsləndirmə aktrisası[d] |
Fəaliyyət illəri | 2007-ci ildən |
Janrlar | pop musiqisi, dans-pop |
Albom şirkəti | Republic Records |
haileesteinfeldofficial.com | |
![]() |
Heyli Staynfeld Los-Anceles şəhərində yerləşən Tarzana məhəlləsində anadan olub. Onun anası Çeri (qızlıq soyadı: Domasin) interyer dizayneri, atası Piter Staynfeld isə şəxsi məşqçidir.[6][7] O, iki uşaqdan ən kiçiyidir. Onun Qriffin adlı böyük qardaşı var. Onun əmisi fitness məşqçisi və aktyor Ceyk Staynfelddir. Heylinin anasının babasının qardaşı Larri Domasin keçmiş uşaq aktyor olmuşdur.[8] Onun xalası qızı aktrisa True O'Brien, Hayli səkkiz yaşında olarkən televiziya reklamında çəkilmişdi. Bu Heylinin aktrisalığa maraq göstərməsinə səbəb olmuş və o, da bunu sınamağa qərar vermişdir.[9]
Heylinin atası yəhudi, anası isə xristiandır.[10][11][12][13] Onun ana tərəfdən babası Rikardo Domasin Filippin və afroamerikalı mənşəlidir. Heyli Kaliforniyanın Aqura-Hillz və Touzand-Oks şəhərlərində böyümüşdür. O, Ascension Lüteran Məktəbinə, Conejo İbtidai məktəbinə və Colina Orta Məktəbinə gedib. Heyli 2008-ci ildən 2015-ci ilə kimi məzun olana qədər evdə təhsil alıb.[14]
Aktrisa Heyli Staynfeld 2016-cı ildə İnstaqram ulduzu Cameron Smoller ilə romantik münasibətə başlayıb. Onlar ilk dəfə 2017-ci ildə "Qızıl Qlobus" mərasimində cütlük kimi ictimaiyyət qarşısına çıxsalar da, həmin ilin noyabrında münasibətlərinə son qoyublar.[15] O, 2017-ci ilin dekabrında irlandiyalı müğənni Nayl Horan ilə romantik münasibət qurub, lakin onlar bir ildən sonra münasibətlərini bitiriblər.[16] Heyli 2023-cü ilin may ayında Buffalo Bills klubunun yarımmüdafiəçisi Coş Allen ilə romantik münasibətə başlamışdır.[17]