. Love.az

Hidrogen Tsikli - Wikipedia - Love.az

Ana Səhifə - Hidrogen Tsikli
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz.

Hələ 1950-ci ildə Beyts və Nikole hidroksil radikalının ozon ilə reaksiyaya girərərək və sonra regenerasiya olunması ilə ozonun parçalanmasının mümkünlüyünü söyləmişdir:

HO•+ O3 → HO•2 + O2

HO•2 + O• → HO•2 + O2

Stratosferdə hidroksil radikalları su, hidrogen və metan molekullarından əmələ gəlir. Su molekulu günəşin ultrabənövşəyi radiasiyasının təsiri ilə fotodissosiasiya olunur, H2 və metan isə O (1D) vəziyyətində olan atomar oksigen reaksiyaya girir:

H2 + O(1D) → HO• + H

H•+ O2 + M → HO•2 + M

CH4 + O(1D) → C•H3 + HO•

HO• radikallarının hesablanan qatılığı təxminən 40 km hündürlükdə maksimuma çatır. Hidrogen tsikllindəki ozon ilə hidroksil radikalının reaksiyası radikalların məhv olması nəticəsində pozulur:

HO•+ HO•2 → H2O + O2

HO•2 + HO•2 → H2O2 + O2

Lakin, HO• radikalları məhv olana qədər hündürlükdən asılı olaraq15-dən 110-a qədər ozon molekulunu parçalaya bilirlər.

Mənbə

redaktə

V.M. Abbasov, R.Ə. Əliyeva, N.Ə.Səlimova, M.M Abbasov. Ekoloji kimya 2003. s.192

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hidrogen_tsikli&oldid=6923153"
LOVE.AZ