Hikmət Muradov (tam adı: Hikmət Oqtay oğlu Muradov ; 23 yanvar 1969, Bakı – 29 oktyabr 1991, Xanabad, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]
Hikmət Muradov | |
---|---|
Hikmət Oqtay oğlu Muradov | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Xanabad, Xocalı rayonu, Azərbaycan |
Vəfat səbəbi | şəhid olmuşdur. |
Dəfn yeri | Bakı şəhəri Şəhidlər xiyabanı |
Vətəndaşlığı |
![]() ![]() |
Hərbi fəaliyyəti | |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Təltifləri |
![]() |
23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulmuşdur. 1976–1986-cı illərdə 190 saylı orta məktəbdə təhsil almışdır. Həmin il Krasnokustk Mülki Aviasiya Məktəbinə daxil olur. 1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra Hikmət Yevlax hava yollarında ikinci pilot kimi fəaliyyətə başlayır.[2]
Hikmət AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. O, döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü. Cəsur pilot əfsanəvi uçuşlarla hamını heyran qoyurdu… 1991-ci il 29 oktyabr Xocalı rayonunun Xanabad kəndi ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi ermənilər tərəfindən güclü raket atəşinə məruz qalır. Hikmət heyətlə həlak olur.[1]
Subay idi.[2]
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Muradov Hikmət Oqtay oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.[2]
Vaxtilə oxuduğu 190 saylı məktəbdə onun barelyefi vurulub.[2]