Himara (alb. Himarë, yun. Χειμάρρα) — Albaniyada şəhər və bələdiyyə.
Himara | |
---|---|
![]() | |
40°07′ şm. e. 19°44′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 90 m, 3 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 9425 |
Digər | |
himara.gov.al | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Albaniyanın cənubunda, Vlore vilayətində yerləşir. Himara bölgəsi təxminən 20 km uzunluğunda və 5 km enində bir sahəni əhatə edir. Şimal-şərqdə 2000 metr hündürlüyündə Çeraun dağları, cənub-qərbdə isə İon dənizi ilə sərhədlənir. Bölgədə uzun ağ qumlu çimərliklər, zeytun və sitrus ağacları ilə örtülmüş terraslı təpələr mövcuddur. Şəhər Alban Rivierası boyunca yerləşir və bölgənin əsas turizm mərkəzlərindən biridir.
Şəhərdə əsasən etnik yunan icması məskunlaşmışdır. Himara sakinləri əsasən yerli yunan dialekti və qismən Tosk dialektində danışırlar. Bölgədəki yunan icması, həm yunan, həm də alban dillərində ikidilli danışıq qabiliyyətinə malikdir.
2023-cü ilin məlumatına görə, Himara bələdiyyəsinin əhalisi 8,328 nəfərdir.[2]
Himara bölgəsi antik dövrdə Kaonlar adlı yunan tayfaları tərəfindən məskunlaşdırılmışdır.[3] Şəhər Bizans İmperiyası dövründə yunanlar tərəfindən Şimali Epir ərazisində salınmışdır. Qədimdə Çimaira və ya Çimera adlanan şəhər, indiki Himaranın yerləşdiyi ərazidə yerləşirdi və sahil ticarət məntəqəsi kimi fəaliyyət göstərirdi.[4] Bu barədə Böyük Plini və Qeysəriyyəli Prokopi kimi qədim müəlliflər məlumat vermişlər.[5]
Sonralar Alban dövlətləri olan Muzaka və Arianiti knyazlıqlarının tərkibində olmuş, Bizansın dağılması və Osmanlının Albaniyaya hücumu ilə Osmanlı İmperiyasına keçmişdir.
1431-ci ildə Himara, Osmanlı İmperiyasının Arnavut Sancağının bir nahiyəsi olur.[6] Ancaq buna baxmayaraq, sonrakı illərdə şəhər Osmanlılara qarşı müqavimətin simvoluna çevrilir. Himaralılar İsgəndər bəyin Osmanlı İmperiyasına qarşı mübarizəsində iştirak edirlər.[7] 1473-cü ilin yayında, Korfudan gələn bir dəstə və yerli Himarlılərın dəstəyi ilə bölgə müvəqqəti olaraq Osmanlı nəzarətindən çıxır, lakin 1479-cu ildə yenidən Osmanlıların nəzarətinə keçir.[8] Himara 1583-cü ildə Osmanlı katastrında Delvina Sancağında cəmi 130 ailənin yaşadığı bir yaşayış məntəqəsi kimi qeyd edilmişdir.
Şəhər 2015-ci ildəki inzibati islahat nəticəsində Himara, Vranişt və Lukove bələdiyyələrinin birləşməsi ilə yaradılan yeni bələdiyyənin mərkəzi olur.
Himara, zəngin mədəni irsi və təbii gözəllikləri ilə tanınır. Əsas görməli yerlərdən bəziləri: