Hipospadias, hipospadiya — anadangəlmə olaraq uretral boşluğun lazım olan yerdə olmamasını təsvir edir.[1] Oğlanlarda hər 250 doğuşdan 1-i olmaqla, ikinci ən çox rast gəlinən anadangəlmə anomaliyadır.[2]
Hipospadiya | |
---|---|
Fayl:Hypospadias3.jpg | |
![]() |
Uşağın sidik ifraz etdiyi dəliyin penisin ucunda deyil, altında olması halı hipospadiyadır.[1] and 50% of proximal hypospadias[3] Bu dəliklə cinsiyyət orqanının ucu arasındakı nahiyədə sidik kanalı tam formalaşmamışdır. Hipospadiyalar sidik ifrazat dəliyinin yerinə görə fərqli-fərqli formada təsnif edilə bilər. Penisin başında yerləşən və normal sidik ifrazının olması lazım olan yerə çox yaxın olan hipospadias hallarına glandular hipospadiya deyilir.[4][5] Əgər cinsiyyət orqanının başı ilə cinsiyyət orqanının gövdəsinin qovşağında yerləşirsə, buna koronal hipospadias (tac hipospadiası) deyilir.[6][7][8] Hər iki vəziyyət ümumiyyətlə “distal hipospadias” anlayışına daxil edilir, bu qrup uşaqlarda ən çox yayılmışdır və ən yüksək cərrahi müvəffəqiyyət nisbətinə malikdir.[9] Daha aşağı nahiyələrdə yerləşmiş hipospadiaslar da mövcuddur, idrar dəliyinin yeri penisin gövdəsinin istənilən yerində, penis və xayaların qovuşduğu yerdə və ya hətta perineum adlanan anusun yaxınlığında yerləşən nahiyədə belə ola bilər.[10] Daha aşağı nahiyələrdə yerləşmiş hipospadiasların cərrahi müalicəsi daha çətindir.[11][12][13]