Homer Simpson (ing. Homer Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri. İlk dəfə 19 aprel 1987-ci ildə "The Tracey Ullman Show"-nun "Good Night" hissəsində görünmüşdü.
Homer Simpson | |
---|---|
Homer Simpson | |
![]() | |
Cins: | Kişi |
İş: | Sprinqfild AES-də təhlükəsizlik inspektoru |
Yaxınları: | həyat yoldaşı Marc Simpson, atası Abraham Simpson, anası Mona Simpson, uşaqları: Bart, Liza və Meggi |
Dublyaj: | Den Kastellaneta |
DublyajAZ: | ? |
![]() |
2010-cu ildə Entertainment Weekly Homeri "son 20 ilin böyük personajı" (ing. the greatest character of the last 20 years) adlandırıb.[1] TV Guide onu 2002-ci ildə 50 ən böyük cizgi personajların siyahısında (ing. Top 50 Greatest Cartoon Characters) Baqz Bannidən sonra yerləşdirib;[2] Bravo kanalı isə onu 100 ən böyük televiziya personajı (ing. 100 Greatest TV Characters) siyahısında, harada ki Homer sadəcə dörd cizgi personajıdan biri olub, beşinci yerə daxil edib;[3] Channel 4 sorğusuda isə o, bütün zamanların ən böyük televiziya peronajı kimi seçilib.[4]
Den Kastellaneta Homeri səsləndirdiyinə görə bir neçə dəfə "Outstanding Voice-Over Performance" nominasiyada Primetime Emmy mükafatını əldə edib: 1992-ci ildə Lizanın ponisi (ing. Lisa's Pony), 1993-cü ildə Mister Plou (ing. Mr. Plow),[5] 2004-cü ildə Bu gün klounam (ing. Today I Am a Clown)[6] və 2009-cu ildə Ata daha pisi bilir (ing. Father Knows Worst) seriyasına görə.[7] Ancaq, o Bu gün klounam seriyasıda ancaq Homeri yox, bir neçə personajı səsləndirdiyinə görə həmin mükafatı alıb.[6]
Animasiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |