Hopak (ukr. гопак, гоцак, козак, kazaçok, trepak[1]) — Ukrayna milli rəqsi.[2][3] Rəqsin müxtəlif: solo, cüt, qrup növləri vardır.[4] Hopak rəqsinin musiqi ritmi 2/4-dir.
Hopak | |
---|---|
ukr. гопак, гоцак, козак | |
![]() "Hopak". XVIII əsrin sonlarının naməlum rəssamı | |
Tempi | 2/4 |
Mənşəyi | oğlanların çevikliyinin nümayişi |
Yaranma tarixi | XVI-XVIII əsrlər Zaporojye Ordusu |
Əlaqəli rəqslər | |
tetyana, trepak, kazaçok | |
![]() |
Rəqs XVI-XVIII əsrlərdə Zaporojye kazakları dövründə yaranıb,[5] öncə solo ifa edilirdi. Hopak kazaklara cəsarət, güc, cəsarət, çeviklik və döyüş bacarıqlarını nümayiş etdirmək imkanını verirdi. Buna görə də, əvvəlcə bu, yalnız kişi rəqsi idi.[6]
Zamanla rəqsdə dəyişikliklər oldu və rəqs cüt ifa olunan rəqsə çevrildi. Əvvəlki kimi, spesifik kompozisiya olmadan ifa edilir. Gənc oğlan dairəni gəzərək seçdiyi qızın qarşısında dayanır və onu rəqsə dəvət edir. Sonra rəqs başlayır. Qız, oğlana zərif baxışları ilə baxaraq təvazökarlıqla rəqs edir. Oğlan qızın ətrafında dövrə vuraraq, öz cəsarət və bacarığını nümayiş etdirməyə çalışır. Qız oğlandan qaçıb, onu qabaqlamağa çalışsa da, oğlan təslim olmur və onun yolunu kəsməyə çalışır.[6]
Kazak rəqslərinin tədqiqatçısı Vadim Kuplenikanın fikrincə, hopakın sələfi "Kazak" rəqsi idi və yalnız II Yekaterina tərəfindən kazakların adının qadağan edilməsi səbəbindən rəqsin adı dəyişilib. Bəzən hopak "Ukrayna kazak"ı da adlanır.[7] Иногда гопак называют «украинским казачком»[8]
Hopaqların müxtəlif melodiyaları var. Onlardan bəziləri "Kiyevdən Lubneyə" (ukr. Від Києва до Лубен) və ya "Hop, my greçaniki" (ukr. Гоп, мої гречаники) kimi mahnı melodiyalarıdır. Əhəmiyyətli hissəsi isə sözsüz instrumental musiqidir.[9]
Rəqsin səhnə versiyasının meydana gəlməsi 1937-ci ildə Ukrayna SSR xalq rəqs ansamblını yaradan və 1955-1975-ci illərdə Ukrayna SSR Dövlət Xalq Rəqs Ansamblının bədii rəhbəri olmuş P.P.Virskinin fəaliyyəti ilə bağlıdır. Klassik və ənənəvi folklor ənənələrini yaşatmış akademikin adını daşıyan Ukraynanın Akademik Rəqs Ansamblının hələ də konsertlərinin bağlanış rəqsi "hopak" olur. Səhnə ifasında, xalq rəqsinin xarakterik xüsusiyyətlərini daşımağına baxmayaraq Hopak, adətən qoşalaşmış kütləvi rəqs kimi qurulur. Ehtimal olunur ki, hopak üçün istifadə olunan kişi geyimləri (qırmızı şalvar, rəngli kəmər, tikmə köynək, sivri çəkmələr) mahiyyətcə o dövrün kazak formasıdır, qadınların səhnə geyimləri isə Ukraynanın mərkəzi hissəsinin tarixi geyimlərinə (naxışlı köynək, zapaska və ya plaxta, kirribot) bənzəyir. Bununla belə, Nikolay Savoyskinin sözlərinə görə, rəqqaslar adətən "heç kəsin görmədiyi və xalqımızın xəyalına belə gətirmədiyi paltarları – qadınların ağ çəkmələri, dizə qədər yubka və qadın belindən asılan boyunbağı geyinirdilər".[1] Rəqsi ifa edən qadınlar klassik rəqs və folklor əsasında kompozisiyanı qurmuş Pavel Virskinin səhnə versiyası sayəsində meydana çıxırlar.[5][10]
Səhnə rəqsinin xarakterik xüsusiyyəti gücün, çevikliyin, qəhrəmanlığın və nəcibliyin nümayiş etdirilməsidir. Rəqsdə improvizasiyalar da olur. Bir dairədə cüt-cüt hərəkət edərək, oğlanlar çeviklikdə biri-birləri ilə yarışırlar. Qızlar onları yeni fəndləri sınamağa təşviq edir, sonra isə lirik hissəni birgə rəqs edirlər. Finalda isə hopak yenə fırtınalı, parlaq və temperamentli olur.[11] Hopaqın spesifik xüsusiyyətlərinə ayaqlar və qolların müxtəlif istiqamətlərə yayılması, sıçrayaraq sanki səmada şpaqat açmaqda daxildir.
2017-ci il mayın 25-də Ali Radanın ikinci oxunuşda "Milli idman növləri haqqında" qəbul etdiyi qanuna əsasən, Ukraynada hopak rəsmi idman növü kimi tanınır ("döyüş hopaq"). Deputatların qeyd etdiyi kimi, qanun layihəsi milli dirçəlişin inkişafına, milli-mədəni ənənələrin bərpasına və vətənpərvərlik tərbiyəsinə yönəlib.[12]