Hyozo Omori (大森 兵蔵, Omori Hyozo?) – ABŞ-də təhsil almış yapon idman müəllimi. "Yaponiya basketbolunun atası" hesab olunur.[1]
Hyozo Omori | |
---|---|
yap. 大森兵蔵 | |
![]() | |
Doğum tarixi | 14 mart 1876(1876-03-14) |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 1913(1913-01-03) (36 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Təhsili | |
Fəaliyyəti | maarifçi |
Hyozo Omori Gənc Xristianlar Assosiasiyasının Sprinqfild kollecinin tələbəsi kimi 1890-cı illərdə ABŞ-də basketbolla məşğul olmuşdur.[2][3] Yaponiyaya qayıtdıqdan sonra 1908-ci ildə Tokio Qadınlar Universiteti dərs deyərkən ilk dəfə bu idman növünü ölkəsinə tanıtmışdır.[2] Omori Yaponiya Həvəskar Atletika Assosiasiyasının rəhbərlərindən biri olmuş,[3] Tokio Gənc Xristianlar Assosiasiyasında və Keyo Universitetində müəllimlik etmişdir.[4]
Omori Gənc Xristianlar Assosiasiyasında voleybol idmanı ilə tanış olmuş[2] və 1908-ci ildə bu idman növünü də Yaponiyaya tanıtmışdır.[3] Omori və dostlarının fəaliyyətinə baxmayaraq, basketbol və voleybol İkinci dünya müharibəsinin başa çatdığı dövrə qədər Yaponiyada geniş oynanılan idman növləri olmamışdır.[2] Omorinin həyat yoldaşı Yaponiyada Yurin-en hərəkatının rəhbəri olmuşdur.[3]
Omori 1912-ci ildə Stokholmda baş tutmuş Yay Olimpiya Oyunlarına komanda meneceri kimi qatılmışdır.[5] Yaponiyaya qayıdarkən 1913-cü ildə vərəm xəstəliyindən ölmüşdür.[4]