. Love.az

Hyu Cekman - Wikipedia - Love.az

Ana Səhifə - Hyu Cekman
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. (iyul 2024)

Hyu Maykl Cekman (ing. Hugh Michael Jackman; 12 oktyabr 1968 Sidney) — Avstraliyalı televiziya, kino aktyoru və prodüseri. Cekman böyük filmlərdə oynadığı rolları ilə bütün dünyada məşhurlaşdı. O, oynadığı macəra, superqəhrəman və romantik filmlərdə müxtəlif səpgili rolları canlandırıb. Aktyor ən çox "İks-adamlar" film silsiləsində rol aldığı Volverin obrazı ilə tanınır.

Hyu Cekman
Hugh Jackman
Doğum adı Hugh Michael Jackman
Doğum tarixi 12 oktyabr 1968 (56 yaş)
Doğum yeri Sidney, Yeni Cənubi Uels, Avstraliya
Həyat yoldaşı Deborra-Li Ferness (1996)
Uşağı 2
Fəaliyyəti aktyor, prodüser
Fəaliyyət illəri 1994-bu günə qədər
Mükafatları Companion of the Order of Australia (Avstraliya) — 2019
IMDb ID0413168
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Hyu Cekman 1968-ci ildə Sidneydə anadan olub. Karyerasına teleseriallardan başlayan aktyor "Toni” və "Emmi” kimi nüfuzlu mükafatlara sahibdir. 25 dekabrda dünya kinoteatrlarında nümayiş olunacaq "Səfillər” ekran əsərində baş rollardan birini canlandıran Hyu Cekman obrazı ilə iki nominasiyada "Qızıl Qlobus” mükafatına namizəddir. O, Jan Valjan roluna görə artıq ilk – Amerika kinoaktyorlar gildiyasının mükafatını qazanıb.

Chris Jackman dərin dindar adamdır və uşaqlarına dini təhsil verib. Hyunun ən parlaq uşaqlıq xatirələri basketbol oynamaq (o, məktəb komandasının kapitanı idi) və ailəsi ilə Avstraliyada gəzintilərdir.

Məktəbi bitirdikdən sonra Hyu jurnalistika təhsili almaq üçün Sidney Texnologiya Universitetinə daxil olub. Bitirdikdən sonra o, jurnalistika ixtisası ilə kommunikasiyalar üzrə bakalavr dərəcəsi alıb. Lakin təhsilini başa vurduqdan sonra jurnalist peşəsinin onu maraqlandırmadığını anladı və teatrla maraqlanmağa başladı.

1991-ci ildə Surrey Hills, Sidneydəki Aktyorlar Mərkəzində illik Səyahət teatr kursuna qatıldı. Hyunun təhsil aldığı təhsil müəssisələri (təhsil ilinin nəticələrinə əsasən):

  • Knox Grammar School, 1986
  • University of Technology, Journalism, Bachelors of Arts, B.A., 1990
  • Actors Centre, 1991
  • Edith Cowan University, 1994
  • The School of Practical Philosophy (1993—2009).

Filmoqrafiya

redaktə
  • İks-adamlar
  • İks-adamlar II
  • Van Helsinq
  • İks-adamlar: Son müqavimət
  • Prestij
  • İks-adamlar: Başlanğıc. Şimal Porsuğu
  • İks-adamlar: Birinci dərəcə
  • Səfillər
  • Şimal porsuğu: Ölməzlik
  • İks-adamlar: Gələcəyin keçmiş günləri
  • Loqan
  • Görkəmli şoumen
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hyu_Cekman&oldid=7807766"
LOVE.AZ