. Love.az

I Diniz - Wikipedia - Love.az

Ana Səhifə - I Diniz

I Diniz (port. Dinis I de Portugal; 9 oktyabr 1261[1][2][…], Lissabon – 7 yanvar 1325[2][3][…], Santaren[d][4]) — VI Portuqaliya kralı. Portuqaliya tarixində idarəçilik, iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində mühüm islahatlar aparması ilə tanınır.

I Diniz
VI Portuqaliya kralı
16 fevral 1279 – 7 yanvar 1325
ƏvvəlkiIII Afonso
SonrakıIV Afonso
Şəxsi məlumatlar
Doğum tarixi 9 oktyabr 1261(1261-10-09)[1][2][…]
Doğum yeri
  • Lissabon, Portuqaliya
Vəfat tarixi 7 yanvar 1325(1325-01-07)[2][3][…] (63 yaşında)
Vəfat yeri
  • Santaren[d], Santaren[d], Portuqaliya[4]
Fəaliyyəti şair, bəstəkar, yazıçı, fermer, monarx, siyasətçi, tərcüməçi
Atası III Afonso
Anası Kastiliyalı Beatris
Həyat yoldaşı
  • Araqonlu Elizabet (1282–1325)
Uşaqları
  • IV Afonso
Ailəsi Burqoniya sülaləsi
Dini xristianlıq
Elmi fəaliyyəti
Elm sahəsi Aktiv idarəçilik[5], poeziya[5], İqtisadi siyasət[5]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1261-ci ildə Lissabonda dünyaya gəldi və 1279-cu ildə atası III Afonso vəfat etdikdən sonra taxta keçmişdir. Gənc yaşlarından siyasi və idarəçilik bacarıqları ilə seçilmişdir. Taxta çıxdıqdan sonra ölkədə sabitliyi təmin etmək və iqtisadi inkişafı sürətləndirmək üçün fəaliyyətə başlamışdır. Kənd təsərrüfatına xüsusi diqqət göstərərək, yeni torpaq sahələrinin istifadəyə verilməsi və suvarma sistemlərinin inkişafını təşviq etmişdir. Ona görə də Fermer Kral (port. Rei Lavrador) ləqəbiylə də tanınır. O, vergiləri optimallaşdırmış, dövlət büdcəsinin möhkəmlənməsinə çalışmışdır.

1290-cı ildə “Foral Novo” adlı yeni qanun toplusunu tətbiq etmiş, şəhər və kəndlərin hüquqlarını artırmışdır. Portuqaliyada ilk universiteti - Koimbra Universitetini 1290-cı ildə yaratmışdır. Bu, ölkənin elm və təhsil sahəsində böyük addımı olmuşdur. O, portuqal dilinin rəsmi dil kimi inkişafını dəstəkləmiş, latın dilinin əvəzinə portuqal dilinin dövlət sənədlərində istifadəsini təşviq etmişdir.

1282-ci ildə Araqon kralı III Pyotrun qızı İzabella ilə evləndi. Cütlüyün 2 övladı dünyaya gəlsə də, kralın məşuqələrindən doğulan onlarla nigahdan kənar övladı da vardı.

  • Konstansa, Kastiliya kraliçası
  • IV Afonso, Portuqaliya kralı

I Diniz 7 yanvar 1325-ci ildə vəfat etmiş və Koimbra yaxınlığındakı Alcobaça monastırında dəfn olunmuşdur.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Britannica Educational Publishing (1 June 2013). Portugal and Spain. Britannica Educational Publishing. p. 53. ISBN 978-1-61530-993-1
  • H. V. Livermore (2004). Portugal: A Traveller's History. Boydell Press. p. 15. ISBN 978-1-84383-063-4
  • Rip Cohen (1 January 1987). Thirty-two Cantigas D'amigo of Dom Dinis: Typology of a Portuguese Renunciation. Hispanic Seminary of Medieval Studies. p. 99. ISBN 978-0-942260-55-7
  • Sheila R. Ackerlind (1990). King Dinis of Portugal and the Alfonsine heritage. Peter Lang Publishing, Incorporated. p. 1. ISBN 978-0-8204-0921-4
  • Francis A. Dutra (4 December 2013). E. Michael Gerli (ed.). Medieval Iberia: An Encyclopedia. Routledge. p. 285. ISBN 978-1-136-77162-0
  • Bailey Wallys Diffie (1977). Foundations of the Portuguese Empire, 1415-1580. U of Minnesota Press. p. 21. ISBN 978-0-8166-0782-2
  • Joseph F. O'Callaghan (15 April 2013). A History of Medieval Spain. Cornell University Press. p. 458. ISBN 978-0-8014-6871-1
  • James Anderson (21 March 2013). Daily Life Through Trade: Buying and Selling in World History. ABC-CLIO. p. 134. ISBN 978-0-313-36325-2
  • Helen J. Nicholson (1 January 2004). The Crusades. Greenwood Publishing Group. p. 98. ISBN 978-0-313-32685-1
  • William Moseley Brown; Simeon B. Chase; Paul Tice (1 April 2003). Highlights of Templar History: Includes the Knights Templar Constitution. Book Tree. p. 48. ISBN 978-1-58509-230-7
  • Haag, Michael (2010). The Templars: History and Myth: From Solomon's Temple to the Freemasons. Profile Books. p. 246. ISBN 978-1-84765-251-5
  • Richard Mayson (12 November 2012). Port and the Douro. Infinite Ideas. p. 3. ISBN 978-1-908474-71-1
  • A. H. de Oliveira Marques (1972). History of Portugal: From Lusitania to Empire; vol. 2, From Empire to Corporate State. Columbia University Press. pp. 121–122. ISBN 978-0-231-03159-2
  • E. Bradford Burns (January 1993). A History of Brazil. Columbia University Press. p. 20. ISBN 978-0-231-07955-6
  • Antonio Henrique R. de Oliveira Marques (1971). Daily Life in Portugal in the Late Middle Ages. Univ of Wisconsin Press. p. 182. ISBN 978-0-299-05584-4
  • Susan Canty Quinlan; Fernando Arenas. Lusosex: Gender and Sexuality in the Portuguese-Speaking World. University of Minnesota Press. p. 10. ISBN 978-1-4529-0561-7
  • Dauril Alden (1996). The Making of an Enterprise: The Society of Jesus in Portugal, Its Empire, and Beyond, 1540-1750. Stanford University Press. p. 431. ISBN 978-0-8047-2271-1
  • Samuel J. Miller (1978). Portugal and Rome C. 1748-1830: An Aspect of the Catholic Enlightenment. Gregorian Biblical BookShop. p. 200. ISBN 978-88-7652-464-6
  • Universidade Católica Portuguesa. Centro de Estudos de História Religiosa (2007). Carreiras Eclesiásticas no Ocidente Cristão (séc. XII-XIV). CEHR-UCP. p. 262. ISBN 978-972-8361-26-6

İstinadlar

redaktə
  1. ↑ 1 2 Dinis // Encyclopædia Britannica (ing.).
  2. ↑ 1 2 3 4 Dinis // Brockhauz Ensiklopediyası (alm.).
  3. ↑ 1 2 Dionís I de Portugal // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  4. ↑ 1 2 Диниш I // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. ↑ 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Diniz&oldid=8154110"
LOVE.AZ