. Love.az

I Jerom - Wikipedia - Love.az

Ana Səhifə - I Jerom

I Jerom (15 noyabr 1784[1][2][…], Ayaçço – 24 iyun 1860[1][2][…]) — Vestfaliyanın tək kralı, Napoleon Bonapartın qardaşı.

I Jerom
Girolamo Jérôme-Napoléon Bonaparte
Vestfaliya kralı
8 iyul 1807 – 22 oktyabr 1813
Montfort prinsi
Şəxsi məlumatlar
Doğum tarixi 15 noyabr 1784
Doğum yeri Ayaçço, Korsika adası, Fransa
Vəfat tarixi 24 iyul 1860 (75 yaşında)
Vəfat yeri Paris
Dəfn yeri Əlillər Evi,Paris
Təhsili Collège de Juilly
Fəaliyyəti siyasətçi, zabit, hərbi qulluqçu
Atası Karlo Bonapart
Anası Letizia Ramolino
Həyat yoldaşları Elizabet Bonapart-Patterson
Katarina Vürtemberq
Giustina Pecori-Suárez
Uşaqları Jerom Napoleon Bonapart
Jerom Napoleon Şarl Bonapart
Matilda Bonapart-Demidovna
Napoleon Jozef Bonapart
Ailəsi Bonapartlar
Dini Xristian-katolik
Hərbi xidmət
Döyüşlər
  • Napoleon müharibələri

Təltifləri Qara Qartal ordeni (Prussiya) "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya imperiyası) Knight of the Order of St. Alexander Nevsky (Rusiya imperiyası) Order of the Iron Crown (Avstriya-Macarıstan) Knight of the Order of the Golden Fleece — 1809 "Fəxri legion" ordeninin Böyük xaçı (Fransa) "Fil" ordeni (Danimarka) — 1811 Saint Helena Medal (Fransa) Order of the Crown of Westphalia
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Gəncliyi
  • 2 Hakimiyyəti
  • 3 Sonrakı həyatı
  • 4 Ailəsi

Gəncliyi

redaktə

Ayaççoda, Bonapartlar ailəsinin 8-ci övladı olaraq dünyaya gəlmişdi. 1803-cü ildə Elizabet Pattersonla evlənmişdi. Həyat yoldaşı hamilə olan vaxt boşandılar. Jerom 1807-ci ildə qardaşı tərəfindən Vestfaliya kralı elan olundu və paytaxt Kasselə köçdü.

Hakimiyyəti

redaktə

Vürtemberq kralı I Frederikin qızı Katarina ilə evlənən Jerom çox bədxərc olduğu üçün Napoleon tərəfindən maddi dəstək almadı. 1812-ci ildə Rusiyaya hücumda Napoleona kömək etmək istədisə də Napoleon ona imkan vermədi. 1813-cü ildə Prussiya və Rusiya ordusuna qarşı mübarizədə məğlub oldu və Vestfaliya krallığı ləğv edildi.

Sonrakı həyatı

redaktə

Napoleonun hakimiyyətə geri qayıtmasından sonra orduya qoşuldu və səriştəsizlik ucbatından ingilislərə məğlub oldu. Daha sonra ABŞa köçən Jerom III Napoleon dövründə Əlillər Evinin sədri təyin edildi. Daha sonra vəliəhd dərəcəsinə qədər yüksəldi. 1860-cı ildə Parisdə vəfat etdi.

Ailəsi

redaktə

Övladları:

  • Jerom Napoleon Bonapart
  • Jerom Napoleon Şarl Bonapart
  • Matilda Bonapart-Demidovna
  • Napoleon Jozef Bonapart
  1. ↑ 1 2 Lewis C. B. Jerome Bonaparte // Encyclopædia Britannica (ing.).
  2. ↑ 1 2 Lundy D. R. Jérôme Bonaparte, König von Westphalen // The Peerage (ing.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Jerom&oldid=6905049"
LOVE.AZ