. Love.az

I Joslen Edessa Qrafi - Wikipedia - Love.az

Ana Səhifə - I Joslen Edessa Qrafi
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Joslen.

I Joslen (fr. Josselin Ier) və ya Kurtenaylı Joslen (fr. Josselin de Courtenay) (1072[1] – 1131[1] və ya 1131, Şanlıurfa[1]) — Edessa qrafı.[2]

I Joslen
Edessa qrafı
1118 – 1131
ƏvvəlkiII Baldvin
SonrakıII Joslen
Şəxsi məlumatlar
Doğum tarixi 1072[1]
Vəfat tarixi 1131[1] və ya 1131
Vəfat yeri
  • Şanlıurfa, Şanlıurfa ili, Türkiyə[1]
Dəfn yeri
  • Müqəddəs məqbərə kilsəsi
Fəaliyyəti rəhbər, Feodal, monarx, siyasətçi
Uşağı II Joslen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1101-ci ildə tərtiblənən səlib yürüşüylə Ön Asiyaya gələn Joslen, ilk öncə Edessa qrafı Burklu Baldvinin hərbi birliklərində xidmətə başladı. Səlcuqlarla mübarizədə 1104-cü ildə Antakiya knyazı I Bohemond və Edessa qrafı Burklu Baldvinlə birlikdə əsir düşdü.

1118-ci ildə I Baldvinin vəfatıyla, Burklu Baldvin Qüds kralı təyin edildi. Qraflıq isə səlcuqlulara qarşı mühüm müdafiə məntəqəsi hesab edilən Turbessel qalasının hakimi Kurtenaylı Joslenə keçdi. Ancaq səlcuqlarla olan mübarizədə məğlub olan I Joslen 1122-ci ildə yenidən əsir düşdü. Üstəlik bu dəfə, onu xilas etməyə gələn Qüds kralı II Baldvin də əsir alındı. Bir il sonra əsirlikdən qaçan I Joslen ertəsi il II Baldvinin də azadlığa buraxılmasına nail oldu. Hələb yaxınlığındakı bir qala uğrunda gedən döyüşlərdə ağır yaralanan I Joslen idarəni oğlu II Joslenə təhvil verərək vəfat etdi.

Mənbə

redaktə
  • Elisseeff, N. (1991). "Manbidj". In Bosworth, C. E.; van Donzel, E. & Pellat, Ch. (eds.). The Encyclopaedia of Islam, Second Edition. Volume VI: Mahk–Mid. Leiden: E. J. Brill. pp. 377–383. ISBN 978-90-04-08112-3
  • Nicholson, Robert L. (1969) [1955]. "The Growth of the Latin States, 1118-1144". In Setton, Kenneth M.; Baldwin, Marshall W. (eds.). A History of the Crusades, Volume I: The First Hundred Years (Second ed.). Madison, Milwaukee, and London: University of Wisconsin Press. ISBN 0-299-04834-9
  • Fink, Harold S. (1969) [1955]. "The Foundation of the Latin States, 1099-1118". In Setton, Kenneth M.; Baldwin, Marshall W. (eds.). A History of the Crusades, Volume I: The First Hundred Years (Second ed.). Madison, Milwaukee, and London: University of Wisconsin Press. ISBN 0-299-04834-9

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Joscelin Joscelin I Count of Edessa, Prince of Galilee Edessa (Courtenay) (est. 1072 - 1131) // WikiTree (ing.). 2005.
  2. ↑ Runciman, Steven (1951) [1952]. A History of the Crusades, Volume II: The Kingdom of Jerusalem and the Frankish East. Cambridge: Cambridge University Press
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Joslen_(Edessa_qrafı)&oldid=7402555"
LOVE.AZ