I Love (azərb. Mən sevirəm) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış beşinci Koreya minialbomu. 17 oktyabr 2022-ci ildə rəqəmsal olaraq, 18 oktyabr 2022-ci ildə fiziki olaraq buraxılmışdır. Fiziki buraxılış üç versiyadan ibarətdir: "Born", "Act" və "X-file". Əsas sinqlı "Nxde" olan alboma 6 trek daxildir. Minialbom sevginin müxtəlif formaları mövzusuna toxunur və klassik Hollivud konsepsiyasına malikdir.
I Love | ||||
---|---|---|---|---|
![]() Rəqəmsal üzlük. | ||||
(G)I-dle tərəfindən ifa olunmuş minialbom | ||||
Növü | minialbom | |||
Yayımlanma tarixi | 17 oktyabr 2022 | |||
Müddət | 18:32 | |||
Dil |
|
|||
Leybl | ||||
Prodüser | ||||
(G)I-dle albomlarının xronologiyası | ||||
|
"I Love" albomunun konsepsiyası ilk dəfə Soyon tərəfindən 13 may 2022-ci ildə yayımlanmış "Mən tək yaşayıram" verilişinin epizodunda açıqlanmışdır.[1] O, albom üçün Merilin Monrodan ilhamlandığını, "axmaq sarışın" stereotipini qıraraq əslində onun ağıllı bir qadın olduğunu göstərmək istədiyini açıqlamışdır. O, Monronu seks simvolu kimi yox, onun əsl mənliyini göstərmək istəmişdir.[2]
"Cube Entertainment" albom üçün ilk tizeri 14 sentyabr 2022-ci ildə yayımlamış, albomun adı və 17 oktyabrda buraxılacağını açıqlamışdır.[3][4][5] 30 sentyabrda albomun əsas sinqlı "Nxde" açıqlanmışdır. Eyni gün albom üçün qısa eskiz filmi buraxılmışdır.[6] 1–3 okyabrda qrup üzvlərini əks etdirən tizerlər yayımlanmışdır.[7][8][9] 4 oktyabrda albomun trek siyahısı açıqlanmışdır.[10] 15–16 oktyabrda albom üçün video tizerlər buraxılmışdır.[11][12]
Albomun fiziki buraxılışı üç versiyaya malikdir: "Born", "Act" və "X-file". "Act" versiyasında "(G)I-dle" ürək formasında olan əşyalarla qışqırdıcı və başdan çıxarıcı atmosfer yayır.[8][13] "Born" versiyası Merilin Monrodan ilham alan vizuallar yer alır. "X-file" versiyasında qrup üzvləri dovşan maskası geyinərək səmimi və qəribə atmosfer yaradırlar.[9][14] Bu versiyalara qrup üçün buraxılmış xüsusi poçt markaları stikerləri əlavə olunmuşdur.[15]
"I Love" rəqs, ballada, caz, pop, rok, indi-pop kimi janrlarda olan 6 trekdən ibarətdir.[16][14] Mahnılar əsasən qrup üzvləri Soyon, Minni və Uqi tərəfindən hazırlanmış və yazılmışdır.[10] Soyon albomun prodüseri olmuşdur.[14][17] Albom müxtəlif sevginin müxtəlif formaları və əsl sevginin, lakin əslində özünü sevməyi axtaran insanın hisləri haqqındadır. Minialbomun trek siyahısı tərsdən sıralanıb.[18][19] Soyona görə albomdakı "sevgi hekayəsi 6-cı trekdən başlayır".[20][21]
Albomun birinci treki "Nxde" alternativ pop janrında olan mahnıdır. Mahnı Jorj Bizenin "Karmen" operasındakı "Habanera" ariyasının musiqisini ehtiva edir.[22] "Dark (X-File)" birinə çox bağlanmaqdan bəhs edən, qaranlıq əhval-ruhiyyədə olan mahnıdır.[23] "Sculpture" mahnısı sevdiyin bir şəxs üçün özünü dəyişdirmək barəsindədir: "Nə istəyirsənsə, o olaram, mən sənin heykəlinəm". Ballada kimi yazılmış "Reset" mahnısı böyük səylərin belə sevgini əldə etməyə bəs etməcəyi barəsindədir. "Change" mahnısı həyatdakı eniş və qalxışların qaçınılmaz olması haqqındadır. "Love" mahnısı isə sevdiyin birindən ayrılmaqdan, lakin əsl sevginin özünü sevmək olduğundan bəhs edir.[23]
11 oktyabr 2022-ci ildə minialbomun öncədən satışları 700.000 nüsxəni keçmişdir.[24] Albom "Cube Entertainment"in öncədən ən çox satılmış albomu olmuşdur.[25] 21 oktyabrda albomun satışları 610.000 nüsxəni keçmişdir.[26] Albom "Circle" albomlar hit-paradında 1-ci yerdə debüt etmişdir.[27]
№ | Başlıq | Sözlər | Musiqi | Aranjiman | Müddət |
---|---|---|---|---|---|
1. | "Nxde" | Soyon |
|
| 2:58 |
2. | "Love" | Soyon |
|
| 3:17 |
3. | "Change" |
|
| BreadBeat | 3:24 |
4. | "Reset" | Soyon |
|
| 3:02 |
5. | "Sculpture" (조각품) |
|
|
| 3:06 |
6. | "Dark (X-File)" | Soyon |
| Siixk Jun | 2:45 |
Ümumi müddət: | 18:32 |