I Pedro (port. Pedro I de Portugal; 8 aprel 1320[1][2], Koimbra – 18 yanvar 1367[1][3][…], Eştremoş[d]) — VIII Portuqaliya kralı. Portuqaliya tarixinin ən məşhur və rəğbətlə xatırlanan hökmdarlarından biridir. Pedro həm ədalətpərvərliyi, həm də şəxsi həyatı ilə Portuqaliya mədəniyyətində və tarixində dərin iz qoymuşdur.
I Pedro | |
---|---|
port. Pedro I «o Justiceiro» | |
![]() | |
28 may 1357 – 18 yanvar 1367 | |
Əvvəlki | IV Afonso |
Sonrakı | I Ferdinand |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 aprel 1320(1320-04-08)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 18 yanvar 1367(1367-01-18)[1][3][…] (46 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | siyasətçi |
Atası | IV Afonso |
Anası | Kastiliyalı Beatris |
Uşaqları | |
Ailəsi | Burqoniya sülaləsi |
Dini | xristianlıq |
![]() |
1320-ci ildə Koimbrada dünyaya gəldi. O, atasından idarəçilik və hərbi bacarıqları öyrənmiş, gənc yaşlarından siyasi həyatın içində olmuşdur. 28 fevral 1336-cı ildə Araqon kralı II Ceymsin nəvəsi və Kastiliya kralı XI Alfonsonun boşadığı ilk xanımı Konstansa Manuellə evləndirildi. Ancaq XI Alfonsonun bu nigaha qarşı çıxması səbəbilə cütlüyün toy mərasimi 4 il sonra - 24 avqust 1340-cı ildə baş tutdu. Siyasi məqsədlərlə baş tutan bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəldi.
İkinci evliliyi isə 1354-cü ildə uzun müddətdir ki, məşuqəsi olan ines de Kastro ilə baş tutdu. Cütlüyün nigahdan öncə 4 övladı dünyaya gəlmişdi.
Bu 2 evlilikdən əlavə, kralın Tereza Laurenko adlı məşuqəsindən bir oğlu da vardı. Hansı ki, bu oğlu gələcəkdə I Con adıyla Portuqaliya taxtına çıxacaq.
1357-ci ildə atası IV Afonsonun vəfatından sonra taxta keçmişdir. I Pedro taxta çıxdıqdan sonra ölkədə ədalətin bərpası və sabitliyin təmin olunmasına böyük önəm vermişdir. Onun adı Ədalətli Pedro (port. Pedro o Justo) kimi tarixə düşmüşdür, çünki vəzifəlilərə qarşı sərt tədbirlər görmüş, qanunun aliliyini təmin etmişdir. O, haqsızlığa, korrupsiyaya və cinayətkarlığa qarşı ciddi mübarizə aparmışdır. Kral sarayında qurduğu məhkəmə onun ədalətpərvərliyinin simvolu sayılır.
Pedro, Kastiliya ilə münasibətlərdə həm müharibə, həm də diplomatiya yolunu seçmişdir. Onun dövründə Portuqaliya İberiya yarımadasında öz mövqeyini gücləndirməyə çalışmışdır. 18 yanvar 1367-ci ildə vəfat etdi və ölümündən sonra böyük oğlu I Ferdinand taxta çıxdı.
PEDRO I, KING (1320–1367)—The eighth king of Portugal and fourth son of King Afonso IV and Beatriz of Castile.