. Love.az

I Smbat - Wikipedia - Love.az

Ana Səhifə - I Smbat

I Smbat Saak - (doğum tarixi bilinmir — 998) – Sünik knyazlığının 987-ci ildən hakimiyyətdə olan ilk müstəqil knyazı.

I Smbat
I Sünik knyazı
987 – 998
SonrakıI Vasak
Şəxsi məlumatlar
Doğum tarixi ?
Vəfat tarixi 998
Atası Saak Süni
Həyat yoldaşı Şahanduxt
Uşaqları Vasak, Sevada
Ailəsi Sünik
Dini xristian

Bioqrafiya

redaktə
 
I Smbatın məzarı Tatev monastırındadır.

Knyaz I Smbat Sünik sülaləsindən olan Aşot Süninin dörd oğlundan biri – Saak Süninin oğludur. O, 963 - cü ildən 976 – cı ilə kimi Həkəri çayına qədər olan əraziləri – Çxuk və Balk havarlarını idarə etmişdir. 976 – cı ildən Sünik sülaləsinin varisi kimi Sünik taxtında əyləşmiş və 980 – ci ilə kimi Ani çarlığının vassalı kimi Süniki idarə etmişdir. 987 – ci ildə[1] Azərbaycan ərazisindəki digər iki feodal dövlətinin - Rəvvadilər sülaləsindən Əbülhicanın və Xaçın knyazlığının dəstəyi ilə Sünik knyazlığının müstəqilliyini elan edərək Göyçə gölü sahillərini və Əlincə ərazisini Sünikə tabe etmişdir. Sünik tarixçisi Stepannos Orbeli yazır:

“Sünik sülaləsindən olan böyük ər Smbatın başına tac qoyaraq onu taxta gətirdilər.”[2]

Hakimiyyətinin ilk dövrlərində I Smbat dövlət strukturlarını formalaşdırmış, ordunu modernləşdirmiş, tikinti-quruçuluq işləri ilə məşğul olaraq müdafiə sistemlərini və qalalrı bərpa etdirmişdir. 988 – ci ildə Əbülhicanın ölümüdən sonra[3] Azərbaycan feodal dövlətləri zəifləmiş və I Smbat erməni Ani çarlığından vassal asılılığını qəbul etməyə məcbur olmuşdu.[4] 991 – 992 – ci illərdə erməni hökmdarı I Qagik Süniki zəiflətmək üçün parçalamış Vayots-Zor[5][6], Çaxuk, şimali Çxuk ərazilərini Sünik hökmdarının idarəsindən ayırmış, Sünik hökmdarı yalnız tarixi Sünik ərazisinin cənubunda öz hakimiyyətlərini saxlaya bilmiş, bir müddət həmçinin Əlincə ərazisini də idarə etmişlər. 998 – ci ildə Sünik taxtına I Smbatın oğlu Vasak sahib çıxmışdı. I Smbat isə Tatev monastırında dəfn edilmişdi.

İstinadlar

redaktə
  1. ↑ The Journal of Jewish studies. — 2002. — В. 1-2. — Т. 53.:

    Vayots Dzor was the largest district of the kingdom of Siwnik which was founded in 987 by the 'principal prince' Smbat, son of Sahak prince of Baghk

  2. ↑ Степанос Орбели. История области Сисакан. — Тифлис, 1910. — С. 300:

    Թագ կապեն գեղեցկահասակ եւ վայելչագիտակ առնն հայկազնոյ Սմբատայ` Սիւնեաց տեառն

  3. ↑ Степаненко В. П. Из истории армяно-византийских отношений второй половины X—XI в. (к атрибуции монет Кюрикэ куропалата) // Античная древность и средние века. — 1978. — В. 15. — С. 46.:

    Войска вассальных государств принимали участие во всех внешнеполитических акциях анийских Багратидов. В качестве примера можно привести конфликт владетеля Тао Давида Куропалата с царём Абхазии Картли Багратом III и его отцом Гургэном (988). Союзник Давида шаханшах Смбат II направил ему на помощь войска Вананда, Сюника, Васпуракана и Ташир-Дзорагета.

  4. ↑ Böyük Sovet Ensiklopediyasında Sünik çarlığı məqaləsi Arxivləşdirilib 2014-10-07 at the Wayback Machine
  5. ↑ Böyük Sovet Ensiklopediyasında I Qagik məqaləsi Arxivləşdirilib 2014-07-19 at the Wayback Machine
  6. ↑ Степаненко В. П. Политическая обстановка в Закавказье в первой половине XI в. // Античная древность и средние века. — 1975. — В. 11. — С. 124—125.:

    Тем не менее шаханшахам (царям царей) Анийского царства —Смбату II (977—990) и Гагику I (990—1020) удалось временно стабилизировать обстановку. К Анийскому царству были присоединены Двинский эмират Саларидов, княжество Вайоц-дзор, области Сюникского и Парисосского царств.

Həmçinin bax

redaktə
  "Qafqaz Albaniyası" portalı
  • Sünik sülaləsi
  • Sünik knyazlığı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Smbat&oldid=6904827"
LOVE.AZ