. Love.az

Iris Caucasica - Wikipedia - Love.az

Ana Səhifə - Iris Caucasica

Qafqaz süsəni (lat. Iris caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qafqaz süsəni
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Süsənkimilər
Yarımfəsilə:
Iridoideae
Triba:
Irideae
Cins:
Süsən
Növ:
Qafqaz süsəni
Beynəlxalq elmi adı
  • Iris caucasica Hoffm., 1808
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  292549
EOL  2879865

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Sayı və tendensiyası
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Mühafizə tədbirləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Çoxillik ot bitkisidir, soğanağı yumurtaşəkilli və ya uzunsov, 2-2,5 (3,5) sm enində, tünd-qəhvəyi, tutqun pərdəvari qınla örtülmüşdür. Gövdə 7-15 (20) sm hündürlükdə, 1-3 çiçəklidir. Yarpaqlar boz-yaşıl, göyümtül, qılıncvari, tədricən sivriləşmiş, oraqvari əyilmiş, kənarları ağ xətlə haşiyələnmiş, sıx, qısa kirpikciklidir, çiçəkyanlığının borucuğu 4-5 dəfə yumurtalıqdan uzundur. Çiçəkyanlığı 3,5 -4,5 (5) sm uzunluğunda, yaşılımtıl və ya mavitəhər sarı, qolğun, qıfvari, xarici hissədən enli, uzunsovdur, sütuncuğun hissələri çiçəkyanlığının xarici hissələrindən bir qədər qısa, enli, kütdür, qutucuq 3 sm uzunluğunda, silindrik, uzunsov, qısa buruncuqludur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprelin ikinci yarısı - may aylarıdır.Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir. Aşağı və orta dağ qurşaqlarında daşlı və otlu yamaclarda bitir. Dekorativ bitkidir.

Yayılması

redaktə

Böyük Qafqazın Quba hissəsi, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Kiçik Qafqazın şimal və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi və düzənliyi (Şahbuz rayonu, Batbat kəndi, Culfa rayonu, Qızılca kəndinin ətrafı).

Sayı və tendensiyası

redaktə

Geniş yayılma ərazilərinin mövcudluğuna baxmayaraq, əhali tərəfindən intensiv toplanılması gələcəkdə azalma təhlüksəni ehtimal etməyə əsas verir.

Məhdudlaşdırıcı amillər

redaktə

Antropogen amillər (dekorativ bitki kimi əhali tərəfindən yığılması, otarılma).

Mühafizə tədbirləri

redaktə

Yayıldığı sahələr, həmçinin təbii populyasiyalarla mühafizə olunması üçün xüsusi tədbirləri aparılmır, antropogen təsiri azaltmaq məqsədilə yayılma yerlərində yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması, toxumlarının toxum bankında saxlanılması vacibdir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qafqaz_süsəni&oldid=7218412"
LOVE.AZ