Janna Nikolayevna Litvina (belar. Жанна Мікалаеўна Літвіна; 30 avqust 1954, Minsk) — Belarus jurnalist və söz azadlığı fəalı. 1995-2015-ci illərdə Belarus Jurnalistlər Assosiasiyasının sədri vəzifəsində çalışıb.[1][2][3]
Janna Litvina | |
---|---|
belar. Жанна Мікалаеўна Літвіна | |
Doğum tarixi | 30 avqust 1954(1954-08-30) (70 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | belarus |
Dini | xristianlıq |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
Söz azadlığı fəalı olan Janna Litvina 30 avqust 1954-cü ildə Minsk yaxınlığındakı Vadapojda anadan olub. İlk təhsilini də burda alıb. 1971-ci ildə Belarus Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra 1976-1994-cü illərdə Belarus SSR Televiziya və Radio üzrə Dövlət Komitəsinin strukturlarında (1991-1994-cü illərdə - Belarus Respublikası Televiziya və Radio üzrə Dövlət Komitəsi) çalışıb. Komitədə Janna Litvina kiçik redaktorluqdan radio redaksiyasının baş redaktoru vəzifəsinə qədər yüksəlib.[4] "Belarus gəncliyi" studiyasının baş redaktoru olub. Studiya Aleksandr Lukaşenko 1994-cü il prezident seçiləndən sonda bağlanıb, Litvina isə işdən qovulub. 1994-cü ildən BM Inform şirkətinin baş direktorudur. 1995-ci ildə o və bir neçə həmkarı 1996-cı ildə hakimiyyət tərəfindən bağlanan müstəqil xəbər və musiqi stansiyası olan Radio 101.2-ni yaratmış və idarə etmişdi.[4]
Təsisçisi olduğu Radio 101.2-nin bağlanması Litvinanı ölkəni tərk etməyə vadar etdi. O, Belarus hakimiyyətinin təqiblərinə məruz qalmamaq üçün Polşadan jurnalist fəaliyyətini davam etdirməyə başladı. Janna Litvina 1994-1999-cu illərdə “Azadlıq Radiosu”nun Minsk ofisinin müxbiri və direktoru işləyib.
Litvina 1996-cı ildə jurnalistlərin hüquqlarını qorumaq, söz azadlığını, ictimaiyyətin məlumat əldə etməsini təşviq etmək və Belarusda hakimiyyət tərəfindən təzyiqlərə məruz qalan jurnalistlərə hüquqi yardım göstərmək məqsədilə yaradılmış qeyri-hökumət təşkilatı olan Belarus Jurnalistlər Assosiasiyasının həmtəsisçisi və ilk sədri kimi fəaliyyət göstərib.
2004-cü ildə Janna Litvina Avropa Parlamentində Belarus Jurnalistlər Assosiasiyasına Saxarov mükafatının verilməsi münasibətilə çıxışı zamanı fikirlərini belə ifadə edib: “Biz bu avtoritar rejimə qarşı yalnız informasiya üzərində dövlət inhisarını qırmaqla, ifadə və fikir azadlığı, müzakirələr və forumlar üçün yer olan açıq informasiya məkanı sistemi yaratmaqla mübarizə apara bilərik”.[5]
Litvina 25 aprel 2015-ci ildə Belarus Jurnalistlər Assosiasiyasının rəhbəri vəzifəsindən istefa verib. Onun yerinə məşhur jurnalist Andrey Bastunets keçib.[6]
"Belarusda Kim Kimdir" kitabının müəllifləri onu "nəcib bir iş üçün qurban verməyə hazır olan əvəzolunmaz bir altruist" kimi təsvir ediblər.[7]
Janna Litvina evlidir. Dindardır (Pravoslav) və partiyasızdır.[7]