. Love.az

Kup Qebir - Wikipedia - Love.az

Ana Səhifə - Kup Qebir

Küp qəbir — ölmüş şəxsin küpdə dəfn edilmə ənənəsi; qədim dövrlərdə müxtəlif xalqlar arasında geniş yayılmışdır.

Küp qəbir. Azərbaycan Tarix Muzeyi.
Küp qəbir. Azərbaycan Tarix Muzeyi (Qəbələ rayonundan tapılmışdır).
Bu adın digər istifadə formaları üçün bax: Küp (dəqiqləşdirmə).

Elmə məlum olan ən qədim küp qəbirləri e.ə IV minilliyə aiddir və Misirdə tapılmışdır. Mesopotamiya[1], Aralıq dənizi sahilləri və Kiçik Asiyadakı ən qədim küp qəbirləri isə e.ə. III — II minilliklərə aiddir. Qafqazda ən qədim küp qəbirləri Dağıstanda (e.ə II minilliyin II yarısı), Abxaziyada (e.ə. I minillik) Kolxidada (e.ə. V-IV əsrlər) aşkar edilmişdir. Amma bunlarla e.ə. II əsr - b.e.nın I əsri Şərqi Zaqafqaziya Küp qəbirləri mədəniyyəti arasında ortaq əlaqə yoxdur.

Məlumdur ki, Cənubi Amerikadakı hindilər, tupi və aravaklar son zamanlara dədər ölülərini gil küplərdə dəfn edirdilər[2].

Küp qəbir təcrübəsi Laosda hələ qədim dövrlərdə məlum idi, belə ki, oradakı Küplər vadisində çoxlu sayda küp qəbirlər aşkar olunmuşdur.

Myao tayfasının qızları Küplər vadisində

Mündəricat

  • 1 Həmçinin bax
  • 2 İstinadlar
  • 3 Ədəbiyyat
  • 4 Xarici keçidlər

Həmçinin bax

redaktə
  • Küp qəbirləri mədəniyyəti

İstinadlar

redaktə
  1. ↑ Обермайер Г., Доисторихесский человек. Спб, 1913, ст. 570-572
  2. ↑ Karsten R., Civilization of the South American Indians. London. 1926

Ədəbiyyat

redaktə
  • Куфтин Б. A., Мат-лы к археологии Колхиды, т. 1-2, Тб., 1949-50.
  • Schmidt Eric f. Anatolia through the ages. Discoveries at the Alischar mount 1927-29. The University of Chicago press. Chicago, Illinois, 1931

Xarici keçidlər

redaktə
  • Кувшинные погребения, Советская историческая энциклопедия. М.: Советская энциклопедия . Под ред. Е. М. Жукова
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Küp_qəbir&oldid=7455108"
LOVE.AZ