. Love.az

Kerim Xan Muxtaresseltene - Wikipedia - Love.az

Ana Səhifə - Kerim Xan Muxtaresseltene
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur.
Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. (fevral 2023)

Kərim xan Muxtarəssəltənə — Qacarlar dövlətinin daxili işlər naziri.

Kərim xan Muxtarəssəltənə
محمدکريم خان مختار السلطنه
Daxili İşlər naziri
1898 – 1903
Şəxsi məlumatlar
Doğum yeri Tehran
Vəfat tarixi 1903
Vəfat yeri Tehran
Fəaliyyəti diplomat
Dini Şiə İslam

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mənbə
  • 4 İstinadlar
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Kərim xan əvvəlcə İran Kazak diviziyasında xidmət etmişdi. Polkovnik Aleksey Domontoviçin komondirliyi dövründə (1879–1882) bu hərbi birləşməyə qatılmışdı.

Kərim xan 1894-cü ildə Nizəssəltənə ləqəbini almışdı. Elə həmin ilin payızında Əmir xan Sərdari-Əzəmlə Rusiyaya yollanmışdı. Çar III Aleksandrın təziyyəsində, yeni çar II Nikolayın tacgüzarlığında iştirak etmişdi.

Kərim xan Astrabad və Damğanın hakimi olmuşdu.

Kərim xan 1895-ci ildə Münəzzəməssəltənə ləqəbinə layiq görülmüşdü. 1897-ci ildə İngiltərəyə yollanmışdı. Bir sıra təşrifatlarda iştirak etmişdi. İrana dönəndən sonra Nəzmiyyə idarəsində çalışmışdı. Bu idarədə işləyərkən Muxtarəssəltənə ləqəbini almışdı.

Kərim xan Muxtarəssəltənə 1903-cü ildə vəfat edib.

Ailəsi

redaktə

Kərim xan Muxtarəssəltənə Rüknəddin adlı oğlu vardı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  • İran Kazak diviziyası

Xarici keçidlər

redaktə
  • Muxtarəssəltənə  (fars.)
  • Muxtarəssəltənə  (fars.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kərim_xan_Muxtarəssəltənə&oldid=6904177"
LOVE.AZ