Kaafu atollu (mald. މާލެ އަތޮޅު) — Maldiv adalarının inzibati vahididir. Ada Kaaşidu adası, Qaafaru mərcan adası, həmçinin Male mərcan adasından təşkil olunmuşdur. Öz növbəsində Male adası da Şimali Male və Cənubi Maledən təşkil olunub.
Kaafu atollu | |
---|---|
mald. މާލެ އަތޮޅު | |
![]() Kaafu atollu | |
Ümumi məlumatlar | |
Sahəsi | 8,53 km² |
Əhalisi | 15.441 nəfər (2006-cı il) |
Yerləşməsi | |
4°25′00″ şm. e. 73°30′00″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Arxipelaq | |
Akvatoriya | |
![]() |
Maldiv adalarının paytaxtı olan Male şəhəri coğrafi cəhətdən Şimali Male mərcan adasına daxildir. Ancaq Kaafu hissəsinə daxil olan inzibati vahid kimi götürülür. Kaafu atoll qrupunun paytaxtı Tulusdhoo hesab olunur.
Xaa Alifu, Xaa Daalu, Şaviyani, Noonu, Raa, Baa, Kaafu və s. adalar Maldiv adalarının müasir inzibati vahidlərinə mənimsənilmiş ərazi vahidləridir. Onlar mərcan adalarının atoll qruplarını əmələ gətirirlər. Bu adalar inzibati vahidlərin tərkibinə daxildirlər. Bəzi mərcan adaları iki inzibati vahidin arasında bölünmüşdür. Başqa inzibati vahidlərdə isə iki və ya daha çox mərcan adasına rast gəlmək olar. Kaafu atollunda yerli əhali ərazidə geniş yayılmış tana dilindən və maldiv dilinə daxil olan divexi dilindən istifadə edir. Bu əlifbalar coğrafi və mədəni nöqteyi-nəzərdən qeyri-dəqiqdir. Ancaq Maldiv adalarına gələn turistlərin və əcnəbilərin arasında məşhurdur. Digər atoll qruplarında da bu dillərdən daha çox istifadə olunur. Onlar bu dildə indiki adlarla müqayisədə daha sadə və yadda qalan adlar tapırlar. Bütün atoll qrupları divexi dilindəki sözlər ilə (Ari mərcan adası istisna olmaqla) adlandırılmışdır.[1]
Atoll qrupu 107 kiçik adadan təşkil olunmuşdur: Aarah, Akirifuşi, Asdhoo, Baros, Bandos, Biyaadhoo, Bodubandos, Bodufinolu, Boduhiti, Boduhuraa, Bolifuşi, Diqufinolu, Doonidoo, Ehrruh-haa, Enboodhoo, Enboodhoofinolu, Eriyadho, Farukolhufuşi, Feydhoofinolu, Fihalhohi, Funadhoo, Furan-nafuşi, Qasfinolu, Qiraavaru, Qirifuşi, Qulheeqaatuhura, Helengeli, Henbadho, Huraaqandu, İhuru, Kaqi, Kalhuhuraa, Kandoomaafuşi, Kanduoi-giri, Kanifinolu, KKanuhuraa, Kudabandos, Kudafinolu, Kudahiti və s.
İnsan yaşayan adalar daimi yerli əhaliyə malikdir. Onlar sayı o qədər də çox deyil. Adalar bunlardır: Diffuşi, Qaafaru, Quli, Quredu, Ximmafuşi, Xuraa, Kaaşidu, Maafuşi, Tilafuşi, Tulusdu.
Bəzi adalardan insan yaşamasına baxmayaraq (onlarda daimi yerli əhali yoxdur), ticarət hədəflərində istifadə olunurlar.