Kadi Luri Borjes Malinovski və ya daha çox tanınan adı ilə Kadi (2 may 1996, Kuritiba) — Azərbaycan Premyer Liqası klubu "Qarabağ"da hücuma meyilli yarımüdafiəçi mövqeyində çıxış edən braziliyalı futbolçu.
Kadi Borqes | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Kadi Luri Borges Malinovski | ||||||||||||||||||||||||||||||||||||||||
![]() | ||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 2 may 1996(1996-05-02) (29 yaş) | |||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1,7 m | |||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||
Klub |
![]() |
|||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 9 | |||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
![]() |
2024-cü ilin iyun ayında həmyerlisi Samara Qonçalveşlə ailə həyatı qurub.[1]
Futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayır. Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxır.[2]
2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilir.[2] Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb 4 dəfə fərqlənir.[3]
2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçir. "Eştoril"də qısa müddətdə 6 oyuna çıxıb bir qol vuran futbolçu, digər bir Portuqaliya klubu olan "Vilafranquense" klubuna keçir. Burada ilk mövsumdə cəmi 4 oyuna çıxaraq 2019/20 mövumunu orada bitirir. Kadinin "Vilafranquense"nin heyətində keçirdiyi ikinci mövsumundə, 29 oyunda meydana çıxır və 5 qol vurur.[4]
11 iyun 2021-ci ildə, Ağdamın "Qarabağ" klubu Kadi Luri Borjes Malinovkini transfer etdiyini elan edir[5]. Futbolçu "Qarabağ"da 20 nömrəli forma ilə çıxış edir.
Futbolçunun "Qarabağ"ın heyətində debütu, 26 iyun 2021 tarixində "Keşlə" klubu ilə olan yoldaşlıq oyununda baş tutur. Futbolçu bu yoldaşlıq oyununda "Qarabağ"ın heyətində ilk qolunuda vurur.[6]
Kadinin "Qarabağ"ın heyətində rəsmi oyunda debütu isə, 22 iyul 2021-ci ildə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" — "Aşdod" oyununda baş verir.[7] Futbolçunun "Qarabağ"ın heyətində rəsmi oyunlarda ilk qolu isə, yenə UEFA Konfrans Liqasının oyunlarında, bu dəfə 3-cü təsnifat mərhələsində baş tutmuş "Qarabağ" — "AEL Limasol" oyununun 87-ci dəqiqəsində qeydə alınır.[8]
Futbolçunun Azərbaycan çempionatında debütu isə 14 avqust 2021-ci ildə keçirilmiş "Zirə" — "Qarabağ" oyununda baş verir. Futbolçu çempionatda ilk qolunu isə 25 oktyanr 2021-ci ildə "Səbail" klubu ilə səfər oyununda vurur.[9]
16 sentyabr 2021-ci ildə Qarabağın heyətində avrokubokların qrup oyunlarında debüt edir.[10] Bu UEFA Konfrans Liqasının ilk turunda baş tutmuş Qarabağ — "Bazel "oyununda baş verir.[11]
Konfrans Liqasında qrup mərhələsinin II tur oyunlarından sonra UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermə nəticəsində Kadi Borjesin Kiprdə "Omoniya"ya vurduğu ilk qol, turnirdə həftənin ən yaxşı qolu seçilir.[12][13] Bu qol həm də Konfrans Liqasının 2021/22 mövsumundə qrup mərhələsində vurulan ən yaxşı qol adına namizəd olur.[14]
30 dekabr 2022-ci ildə, mətbuatda "Qarabağ" və Rusiyanın "Krasnodar" klubları Kadi Borjesin transferi ilə bağlı razılıq əldə etmələri və futbolçunun 2023-cü il yanvar ayının 12-də Dubayda "Krasnodar"la rəsmi müqavilə imzalayacağı haqqında məlumat peyda olur.[15] 4 yanvar 2023-cü ildə "Qarabağ" klubu futbolçunun "Krasnodar" klubuna satıldığını rəsmən elan edir.[16]
5 yanvar 2023-cü ildə Kadinin yeni klubu ilə illik 2 milyon avro maaş ilə 3 illik müqavilə bağlayacağı bilinir.[17][18]
2023/24 mövsümündə Rusiya klubunun heyətində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 3 qolun isə ötürməsini edir.
2023/24 mövsümü bitdikdən sonra futbolçunun "Qarabağ"a geri dönəcəyi barədə xəbərlər gəzir. Hətta "Qarabağ"ın baş məşqçisi hər iki tərəfin bu keçidi istəyə biləcəyini, ancaq bəzi səbəblərdən baş tutmayacağını deyir.[19] 8 iyul 2024-cü ildə braziliyalı yarımmüdafiəçi "Ferentsvaroş" klubuna keçir.[20]
2025-ci il fevralın 4-də "Qarabağ" Borjeslə 4 illik müqavilə imzaladığını elan edir.[21] 10 fevralda isə futbolçu "Qarabağ"a dönüşündən sonra komanda ilə ilkl məşqinə çıxır.[22] Növbəti gün isə, Misli Premyer Liqasının 22-ci turunda Səbail klubu ilə baş tutmuş oyunun 83-cu dəqiqəsində meydana çıxır. Meydana çıxdıqdan 2 dəqiqə sonra qol ötürməsi edir, 5 dəqiqə sonra isə qol vurur. [23]Bundan sonrakı Turan Tovuz ilə olan matçda 16-cı və 84-cü dəqiqədə gol atdı.
İllər | Klub | Oyun | Qol |
---|---|---|---|
2025- | Qarabağ | 1 | 1 |
2024–25 | Ferentsvaroş | 26 | 3 |
2023–24 | Krasnodar | 44 | 6 |
2021–23 | Qarabağ | 75 | 28 |
2019–21 | Vilafranquense | 33 | 5 |
2019 | Eştoril | 6 | 1 |
2016–19 | Koritiba | 31 | 4 |