. Love.az

Kalistrat Saliya - Wikipedia - Love.az

Ana Səhifə - Kalistrat Saliya

Kalistrat Saliya (gürc. კალისტრატე სალია; 26 avqust 1901, Tsalencixa, Rusiya imperiyası[1] – 25 iyul 1986, Paris, Fransa) — Fransada fəaliyyət göstərmiş Gürcüstan alimi, kartveloloqu və tarixçisi.

Kalistrat Saliya
gürc. კალისტრატე სალია
Doğum tarixi 26 avqust 1901(1901-08-26)
Doğum yeri
  • Tsalencixa, Rusiya imperiyası[1]
Vəfat tarixi 25 iyul 1986(1986-07-25) (84 yaşında)
Vəfat yeri
  • Paris, Fransa
Dəfn yeri
  • Didube panteonu
Elm sahələri tarix, kartvelologiya
Təhsili
  • Humboldt adına Berlin Universiteti,
  • Tbilisi Dövlət Universiteti

Həyatı

redaktə

Saliya 1901-ci il iyulun 18-də Gürcüstanın qərbində, Minqreliyada anadan olmuşdur. Zuqdidi və Xaşuridə oxumuş, sonra 1920-ci ildə Tiflis Universitetinə daxil olmuşdur. 1921-ci ildə Gürcüstan sovetlər tərəfindən işğal edildikdən sonra Almaniyaya getmiş və orada Berlin Universitetinin Alman Dili İnstitutunda təhsil almışdır. 1924-cü ildə Fransaya köçmüş və 1927-ci ildə Paris Universitetini bitirmişdir. 1948-ci ildə həyat yoldaşı Nino Saliya ilə birlikdə kartvelologiyaya həsr olunmuş "Bedi Kartlisa" jurnalını təsis etmişdir. O, Gürcüstanın tarixi və ədəbiyyatı ilə bağlı bir sıra elmi əsərlər nəşr etdirmiş və xarici ensiklopediyalar üçün Gürcüstanla bağlı yazılar yazmışdır.[2][3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 საქართველოს ბიოგრაფიული ლექსიკონი (gürc.). 2001.
  2. ↑ The Memorial Room of Nino and Kalistrate Salias Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine. Georgian National Center of Manuscripts
  3. ↑ Salia, Kalistrat. History of the Georgian Nation, Paris, 1983.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kalistrat_Saliya&oldid=6892061"
LOVE.AZ