Cənubi Koreya yazıçısı və televiziya prodüseri Hvan Don-hyok tərəfindən yaradılmış və Squid Game 3 adı ilə bazara çıxarılan distopik həyatda qalma triller janrındakı televiziya seriyası "Kalmar oyunu"nun üçüncü və sonuncu mövsümünün 27 iyun 2025-ci ildə yayımlanması gözlənilir.[1][2] Mövsümün istehsalı "Netflix" tərəfindən aparılıb.
Kalmar oyunu III mövsüm | |
---|---|
![]() Üçüncü mövsümün posteri | |
Prodüser | Hvan Don-hyok |
Baş rollarda | |
Ekranlaşdırma | |
Orijinal kanal | Netflix |
Mövsüm xronologiyası | |
← Əvvəlki II mövsüm (2024) Sonrakı → — |
Mövsümün çəkilişləri 2023-cü ilin iyulunda başladı və ikinci mövsümlə birlikdə arxa-arxaya çəkildiyi üçün 2024-cü ilin iyununda başa çatdı.[3][4] Üçüncü mövsümün post-prodakşını demək olar ki, 2024-cü ilin noyabrında başa çatdı.[5]
Hvan əvvəlcə ikinci və üçüncü mövsümləri bir mövsüm kimi düşünürdü, lakin bir mövsüm üçün həddən artıq uzun olduğu üçün seriyaları iki mövsümə ayırdı.[6] Hvanın sözlərinə görə, üçüncü mövsümün bitməsindən sonra Ki-han əvvəlki iki mövsümlə müqayisədə yenidən dəyişmiş insan olacaq və "çox kritik yol ayrıcında" olacaq.[7] Mövsümdə, həmçinin, Hvan İn-honun necə "Front Man"ə dönüşdüyünə də toxunulacaq.[8] "Young-hee" adlı nəhəng qız kuklanın "sevgilisi" "Cheol-su" da ikinci mövsümündən sonra tanıdıldı və üçüncü mövsümdə təqdim olunacaq.[9]